Şəhidlik qanı ilə yoğrulan – Qarabağ Azərbaycandır! KÖŞƏ YAZISI

Bəli, 44 günümüz ərzində haqq yolunda olduğumuzu sübut etdik, bütövlüyümüzü bərpa etdik, öz dədə-baba torpaqlarımızı murdarlıqdan, insan cildində olan vəhşi ermənilərdən xilas etdik və dəmir yumruğumuzla başlarına elə bir yumruq vurduq ki, bellərini sındırdıq, iti qovan kimi qovduq və sübut etdik ki, Qalib Azərbaycan Sərkərdəsi İlham Əliyevin rəhbərliyi ilə Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizin, xalqımızın birliyinin qarşısında paşinyanların sonu ancaq və ancaq it kimi qaçmaqdır!

Deyirlər, torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda isə Vətən olur. Bəli, bu 44 gün ərzində igid oğullarımız Vətən yolunda canını sipər etdi, qanları ilə bu torpağı suladı, qorudu ki, Vətən torpağını qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin, göyərsin...

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz,- dedilər Şəhidlərimiz. Onu da dedilər ki, bu gün biz Şəhid olmuruq, işğal olunan torpaqlarımızın azad olunmasında Şahidlik edirik. Azad olunan torpaqlarımızda üçrəngli azərbaycan Bayraqlarımızın qaldırılmasına Şahid oluruq!

Çünki bu gün bu əsgərlərimiz üçün cəbhə bir ananının oğullarının, bir bacının qardaşlarının bir olduqları döyüş meydanıdır. Şəhid olan əsgərlərimiz, yurdsevər ərənlərimiz, bir an düşünmədən canını Vətən, torpaq yolunda fəda edən cəngavərlərimiz hər kəsə nəsib olmayan Tanrının, haqqın dərgahındasınız! Düşməndən qisas almağa can atan, qeyrətli, təəssübkeş, Vətənin ən layiqli oğullarısınız! «Vətən üçün ölməyə dəyər!» – deyən əsgərlərimiz düşmən qarşısında diz çökməyən, diz çökdürən ərənlərimizsiniz. Qeyrətli igidlər, Vətənin dar günündə düşmən qarşısına - önə çıxdınız, sinənizi sipər edib ömrünüzü bu millətin ömrünə caladınız. Doğulduğunuz torpaqdan yüzlərlə kilometr uzaqda «Öncə Vətəndir», – deyib canından keçən igid oğullarımız, sizin igidliyinizin nəticəsidir ki, bu gün bütün evlər, eyvanlar, yollar üçrəngli Bayrağımızla bəzənib. O Bayraq ki, sizin kimi oğulların sayəsində ucalır, dalğalanır. O Bayraq ki, sizin şücaətinizin sayəsində Cəbrayıla, Qubadlıya, Füzuliyə, Zəngilana, Ağdama, Şuşaya, Kəlbəcərə, Laçına – Qarabağ Azərbaycandır!a yol aldı. Və özünüz də Qarabağ Azərbaycandır! uğruna canınızı qurban verdiyiniz üçrəngli bayrağa bükülüb qəhrəman kimi qayıdırsınız elimizə, evinizə, yurdumuza, uğrunda can verdiyiniz Vətən torpağına. Bax, budur Şəhidlik, bax, budur qeyrət, hünər! Siz Azərbaycanın rəşadətli, igid əsgərlərisiniz! Vətən siz xilaskar əsgərlərimizin qanı ilə yoğrulan torpaqlarımızın xilaskarlarısınız. Çünki Qarabağ Azərbaycandır!

Ali Baş Komandanımız İlham Əliyev cənablarının dediyi kimi: «Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir».

Bəli, bizim əsgərlərimiz xilaskar əsgərlərdir, silah, texnika düşməndə də var, ancaq o texnikanı istifadə edən o qol deyil, düşmən qoludur. Çünki Azərbaycan əsgərinin məsləyi Qürurdur, Zəfərdir, Vətən torpağına üç rəngli Azərbaycan Bayrağını sancmaqdır! Bu gün Vətən torpağımız igidlərimizin qanı ilə düşməndən azad olundu. Şəhidlərimizin də qisası alındı! Və torpağını öz qanları ilə yoğuran, Vətən edən, Vətən uğrunda ölümü ilə əbədiləşən ŞƏHİDLƏRİMİZİN məzarının başında qələbə soraqlı üçrəngli ay-ulduzlu Bayrağımız qürurla dalğalanır!

Hər kəs baş əyir məzarının önündə, «Səninlə fəxr edirik, Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni!» deyir.

Bax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Çünki Şəhidlərimiz torpağı Vətən etdilər, Vətəni bütöv etdilər. Hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir. Çünki bu torpaqlar Şəhidlik qanı ilə yoğrulan- Qarabağ Azərbaycandır!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə