Setyabrın 27- dən, Azərbaycan ərazisinə artilleriya hücumundan sonra düşmənə əks-hücuma keçən Azərbaycan ordusunun rəşadətli qələbələrindən çaş-baş qalan Nikol Paşinyanın əl atmadığı çirkin üsul qalmadı. Ali Baş Komandanın təbirincə desək , “düşük” müraciətləri ilə dünyanın gözündə bambılı imici qazanan bu faşist ruhlu insanabənzər məxluq hələ də yeni üsullar axtarmaqdadır.

Qısa bir xronika ilə bəzi olanları xatırlayaq. Əks-hücum başlayan kimi ilkin bir neçə kəndin azad olunduğunu həzm edə bilməyib, dərhal KTMT adlanan quruma müraciət elədi ki, qoymayın, Azərbaycan bizi qırır. KTMT gözünə döndüyüm də baxıb gördü ki, əməliyyatlar Azərbaycan ərazisində gedir, məsələni heç müzakirəyə də çıxarmadı. Sonra yapışdı böyük qardaşı Rusiyanın ətəyindən ki, dədəm-nənəm sənə qurban , bir qələtdi eləyib sənin sözündən çıxmışam. Bizi al bu Türk- Azərbaycan ordusunun əlindən. Hələ bir-iki yalançı informasiya da icad edib yaydırdı ki, guya türklərin F-16 təyyarəsi onları bombalamaq istəyib, vurublar, nə bilim Türkiyə Suriyadan muzdlu gətirib, erməniləri qırdırır, flan. Putin müəllim də elə ağılsız deyil ki, dılqır dığalardan ötrü o boyda Türkiyə ilə düşmən olsun! Yoxlayıb gördü ki, hamısı “feyk-nyus”du, yəni “lojnaya informasiya”dı, lap yənisi də, saxta məlumatdı. Bundan əlinə bir şey keçmədiyini görüb, yalvardı ki, bizi masaya yığ, atəşkəs edək. Oradan da Makaron Vermeşilyan Putin müəllimin zəhləsin tökdü ki, erməniyə kömək eləsin. Çar-naçar qalan rus lider yarı erməni, yarı rus Lavrov müəllimə tapşırdı, o da yığdı iki ölkənin nazirlərini bir masa arxasına, atəşkəs haqqında sənədi imzalatdırdı. Amma sənədin mürəkkəbi qurumamış Vardanesdən bir raket uçurtdu Gəncəyə. O tərəfdən də Tərtəri, Ağdamı, Ağcabədini, Beyləqanı tutdu artilleriya atəşinə. Vəziyyəti belə görən Azərbaycan ordusu növbəti erməni hiyləsinin mahiyyətini anladı və əks-hücumunu davam etdirib, Cəbrayılı, Füzulini, Hadrutu, yüzdən artıq kəndi işğaldan azad elədi.

Rusiyanın köməyə gəlməyəcəyini görüb, qaqası Makaronun məsləhəti ilə yüyürdülər NATO-ya, ordan Avropa İttifaqına. İki nüfuzlu qurumun ikisi də ağzına bir sillə vurub qaytardılar geri ki, get ordunu Azərbaycandan çıxar, sonra baxarıq məsələyə. Oradan da əli üzüldüyünü görüb, bu dəfə Makaronun ortasına bir çubuq soxdu ki, ya bizi müdafiə elə, ya da bizi qızışdırıb türklərlə dalaşdırmağının köklərini açıb deyəcəm. Makaron da xirtdəyinə gəlib ilişən erməni çubuğundan yaxasını qurtarmaq üçün Putin müəllimə yalvardı ki, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın ziyanına yeni qətnamə qəbul eləməyə köməkçi olsun. Bu da alınmadı. Sayın Rəcəb Tayyib Ərdoğan demiş, dünya beşdən daha böyükdü axı! BMT tarixində az olan bir hadisə baş verdi. TŞ-nin daimi və qeyri-daimi üzvlərinin tam əksəriyyətinin tələbi ilə təklif olunan yeni qətnamə layihəsi, ümumiyyətlə müzakirədən çıxarıldı.

Hələ Gəncəni, Mingəçeviri, Yevlaxı, Kürdəmiri, Siyəzəni, Xızını Ermənistan ərazisindən ballistik raket atəşinə tutub, Azərbaycanı adekvat tədbir görməyə təhrik etməsi, bununla hərbi əməliyyatların miqyasını genişləndirməyə, üçüncü qüvvələri cəlb etməyə yönəlik təxribatlarını demirəm.

Bir sözlə, başını Şuşada sərxoş olub, yallı oynaya-oynaya, elə Şuşada itirən, hələ də tapa bilməyən Paşik Azərbaycana həm savaş meydanında, həm də cəbhədə uduzmasının əvəzini digər üsullarla çıxmaq üçün hara əl atırsa, saman çöpü də tapmır ki, yapışsın. Dünyadakı erməni lobbisinin saxta informasiyaları da dadına yetmədi bədbəxtin. İş o yerə qaldı ki, Azərbaycan ərazilərində dağılmış evləri Dağlıq Qarabağda mülki insanlara divan tutulması kimi dünyaya sırımağa da çalışdılar. Elə bildilər dünya da, Azərbaycan da otuz il əvvəlkidi ki, istədiklərini sırısınlar.

İşin belə tərs gəldiyini görüb, çəkildi bir otağa ki, şənbə-bazar günləri istirahət eləsin. Qəflətən telefonuna xəbər gəldi ki, Qubadlını əldən verdik! Başını yenə, adəti üzrə aldı əllərinin arasına və fikrə getdi. Neynəsin, kimə zəmg eləsin? Cavab verən də yoxdu. Birdən ağlına yeni bir üsul gəldi. Mətbuatı yığıb deyəcək ki, ay dadi-bidad, qoymayın, Azərbaycan zavallı erməni xalqının beynəlxalq aləmdə qəbul olunmuş istirahət hüququnu pozub! Bir-iki müşavirdən-zaddan çağırdı, məsləhətləşdi, axsaq atın kor nalbəndləri də bir ağızdan bu fikri bəyəndilər. Şənbə-bazar günləri biz dünya qanunlarına əməl edib istirahət elədiyimiz halda, Azərbaycan ordusu hücuma keçib, xalqımızın istirahət hüququnu pozub. Dərhal bir müraciət mətni hazırladılar: ”Bütün beynəlxalq qurumlara! Zavallı, sülhsevər erməni xalqı beynəlxalq hüquq normalarına əməl edərək həftənin şənbə və bazar günləri istirahət etdiyi bir zamanda, İlham Heydər oğlu Əliyevin komandanlıq etdiyi Azərbaycan ordusu qədim erməni şəhəri olan Qubadlıya və ətrafındakı kəndlərə hücum edərək, burdakı dinc erməni sakinlərinin hüquqlarını pozmuşlar...” Müraciəti oxuyub, büküb qoltuq cibinə qoyandan sonra dodaqaltı mırıldadı: Ara bu İlham Əliyev də, Azərbaycanın başımıza bəla ordusu da şənbə-bazar da istirahət eləmir e... İndi görsünlər onları dünyada necə rüsvay edəcəyəm!

Amma eləssssyə bilmədi. Çünki dəvət olunan heç bir media qurumu nümayəndə göndərmədi. Nədəni də o idi ki,istirahət edirdilər.Media olanda noolar, onların da istirahət hüququ var də...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə