Əli İnsanovun “HƏP”i, gopu və məzara doğru yürüşü

Məlum olduğu kimi, sabiq səhiyyə naziri Əli İnsanov özü kimi korrupsiyaya bulaşmış, xain və qədirbilməzlər kütləsini ətrafına yığmaqla sözdə “Haqq və Ədalət Parityası” (“HƏP”) adlı dərnək yaradıb. Daha dəqiq desək, bu adamın ətrafındakıların bəziləri uzun illər etimad göstərilmiş şəxslər olublar ki, sonradan həmin etimaddan sui-istifadə etməklə sözün əsl mənasında xalqı çapıb-talayıblar. Nəticədə vəzifələrindən, malik olduqları mövqelərindən haqlı olaraq uzaqlaşdırılan bu ünsürlər indi də durub hansısa haqdan, ədalətdən dəm vurmaqla “HƏP”ə - gopa basırlar. Əslində, ayağının biri burada, digəri gorda olan İnsanovun özü ilə bərabər özükimilərini də siyasi məzara doğru dartması təəccüb doğurmur. Necə deyərlər, gora gedən özü ilə yoldaş aparır. Bu səbəbdən, eks-nazirin həndəvərində İsfəndiyar Vahabzadənin, eləcə də digər sabiqlərin olması reallıqda onların ifşası prosesini sürətləndirir. Yəni daha dəqiq məlum olur ki, onlar kimlərdir və hansı “məzhəbə” qulluq edirlər. Qısası, özlərini zorla xalqa sırımağa çalışan bu kiçik kütlə hələ də anlamaq iqtidarında deyil ki, xalq onları qəbul etmir, əksinə rədd edir. Axı xalqın nəyinə lazımdır ki, vaxtilə onu aşağılayan, təhqir edən gestapo xarakterli bir ünsür siyasi arenaya çıxıb öz “siyasi maraqlarını” diktə etsin? Xalqa bu ümumiyyətlə maraqlı deyil, əksinə, xalq bu ünsürün çabalarını görüb ondan daha çox nifrət edir. Necə ki, əvvəllər də bu nifrət mövcud olub.

Təkcə bir neçə faktlara diqqət yetirək – bu şəxs uzun illər dövlət qulluğunun ən yüksək mövqeyində təmsil olunub və sonradan daxilindəki kirli arzuları onu xəyanətkara çevirib. Əli İnsanovun ifşası zamanı, yəni həbs olunduğu dövrlərdə onun bağlarından, mülklərindən nə qədər ləl-cəvahiratın, valyutaların çıxdığını da kimsə unutmayıb. Bu fərd həbsxanadan çıxdıqdan sonra açıq-aydın şəkildə etiraf etdi ki, Qərbin ermənipərəst dairələri ona himayədarlıq edir. O cümlədən, bu yaxınlarda müxalifətin radikal qanadı ilə təmasa keçməklə, özünü az qala “lider” kimi təqdim etməyə çalışdı. Amma bütün bunlara baxmayaraq, fakt öz faktlığında qalır və söz yox ki, bunları da bilənlər çox yaxşı bilir və yadından çıxarmır.

İndi hansı üzlə, hansı cəsarətlə Əli İnsanov və yan-yörəsi utanıb-qızarmadan çıxır cəmiyyət işinə və iddialarını partiya yaratmaqla önə sürür? Məgər onun özü və ətrafı bilmirmi ki, onların bu cəhdləri əbəsdir və nəticəsiz qalacaq? Əlbəttə ki, bilir. Sadəcə, ona və xain yandaşlarına Qərbin müəyyən ermənipərəst dairələrindən növbəti tapşırıq verilib – yerlibazlıq və digər xislətləri işə salmaqla, ölkədə ayrıseçilik , ictimai-siyasi sabitliyi pozmaqla itaətsizlik mühiti yaratmaq və s.

Amma xalq heç vaxt belə ünsürlərin arxasınca getməyib, əksinə, belələri baş qaldırmağa çalışarkən. başlarından basaraq, yerlərinə otuzdurub. Bu dəfə də belə olacaq. Əli İnsanov, İsfəndiyar Vahabzadə və sairləri bunu dərk etməyə məhkumdurlar. Onların yerləri siyasi məzarlıqdır ki, sabiq nazir də yalnız bu vəzifəsinin öhdəsindən gələ bilir – özü ilə bərabər ətrafındakıları da gora doğru sürükləyir – “HƏP”ə-gopa basmaqla...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...