AXCP sədri Əli Kərimli, həqiqətən də, zəlildi. Bu zəlil artıq tamamilə yox olduğunu görərək, çıxış yolunu özünü dəliliyə vurmaqla başlayıb. Elə zənn edir ki, bəlkə bu yolla nəyəsə nail oldu. Son 16 ildə Azərbaycanın əldə etdiyi uğurları, xüsusilə də, bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər və nəhayət, bu tədbirlərdə ölkəmizin böyük qələbəsi və 120 ölkənin Ermənistanı işğalçı dövlət adlandırması, görünür, Ə.Kərimlinin əsəblərinin ciddi şəkildə pozulduğundan xəbər verir. Elə son günlər insanları açıq şəkildə qanunsuz aksiyaya və polislə qarşıdurmaya səsləməsi elə dediyimiz zəlilin dəlilik səviyyəsinə çatmasına sübut deyilmi? Bir də zatı olmayan Ə.Kərimli dəli olmasın, neyləsin? Axı təxribat törətmək üçün tapşırıq və pul alıb. Zəlil Ə.Kərimli dəli olmasın, neyləsin? Biri arvadını döyür, gizli aşıq macərası üzə çıxır, kimininsə arvadı şübhələndiyi üçün çıxıb Londona gedir, sonra da başlayırlar bu əfi ilan Ə.Kərimlinin istefasına. Ancaq AXCP-çilər anlamırlar ki, bütün əxlaqsız, mənəviyyətsız satqın və cinayətkar Ə.Kərimli zəli kimi oturduğu yerdən elə yapışıb ki, bu zəliliyin də axırı dəlilik olacaq da.

Eynşteynin belə bir fikri var: "Axmaqlıq - hər dəfə eyni şeyləri edərək, fərqli nəticələr gözləməkdir". Aydın məsələdir ki, heç bir şərt dəyişməyibsə, eyni cəhdi bir dəfə də təkrarlamaqla, keçən dəfəkindən fərqli nəticə almaq mümkün olmayacaq. Elə isə, Ə.Kərimli bunu niyə edir? Dahi Eynşteynin dediyi kimi, axmaqdır. Bu alçaq axmağın niyyəti bəllidir: yenə də noyabrın 2-də yenidən icazəsiz mitinqə cəhd edilsin, ölkənin daxilində hökuməti və polisi, xaricində isə dövləti pisləmək arzusunda olanlara bəhanələr verilsin! Belə bir vəziyyətdə Azərbaycan polsinin işi, doğrudan da, çətindir. O, həm asayişi qorumalı, həm də ölkəmizə qarşı ideoloji həmlə hazırlayan mərkəzlərin işini maksimum çətinləşdirmək üçün son dərəcə diqqətlə, eyni zamanda, qətiyyətlə işləməlidir. Hər bir vətəndaş bu çətin durumda polisimizə dəstək olmalı və onunla həmrəylik nümayişi ortaya qoymalıdır.

Eyni şeyi təkrarlamaqla, Əli Kərimli nəyə nail olmaq istəyir?! Bax, budur zəlil Ə.Kərimlinin dəliliyi. Bunu isə anlamaq hamıda olmur. Çünki diri ikən ölü olan Ə.Kərimli abır nə olduğunu anlaya da bilməz.

Bəs, belə olan halda, siyasətdə qalmağa dəyərmi? Bəlkə yalandır, ay özlərini "müxalifətçi", "xalq dərdi çəkən" kimi qələmə verən mənəviyyatsızlar. Belə yazırıq, deyirlər ki, "Səs" qəzeti təhqir edir. Düz söz deyirik, deyirlər ki, bunu qəbul etmirik, bizim öz "yolumuz" var. Soruşmaq istərdik ki, o yol hansı yoldur? Bu torpağın çörəyini yeyə-yeyə, suyunu içə-içə, həyasızcasına Azərbaycanın güclənməsini istəməyən, onun uğurlarını həzm edə bilməyərək, ölkəmizə qarşı "qara piar" kampaniyası aparmaqla yanaşı, yeni məkrli planlar hazırlayıb, onları reallaşdırmaq üçün min bir oyundan çıxmaq...

Yeri gəlmişkən, indi də dövlətimizin uğurlu xarici siyasətinin zəfər dolu qələbələrindən qaşınmaya düşən bu zəlil Ə.Kərimli yenə də "facebook" sosial şəbəkəsində noyabrın 2-də keçiriləcək icazəsiz mitinq çağırışlar etməyə başlayıb. Bax, buna görə deyirəm, səsin batsın!!! Özü də birdəfəlik!!!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə