Şalvarını söyən kişi və ağzıyekə İrbaham

Deyir, günlərin bir günü, qəsəbələrin birində yaşayan kişi cinlənərək, şalvarını döyməyə başlayıb. Qonum-qonşu, el-aləm yığılıb kişinin yaşadığı evin çəpərinin başına ki, ayə, görəsən o nəyə görə şalvarının balaqlarından tutub, daşa-divara, ağaca, yerə çırpır, üstəlik söyüşlər qalsın bir kənara, yer üzünün eşitmədiyi küfrləri edir həmin şalvarına. Səsə-küyə kişinin qonşuya getmiş arvadı başılovlu qaçaraq gəlir və həyətinə girən kimi yıxılır ərinin ayaqlarının altına ki, bəs başına dönüm, ölüm ayaqlarının altında sən niyə bu günə qaldın, gül kimi ağıllı-başlı kişiydin, noldu sənə? Niyə durduqcağız yerdə şalvarını döyüb-söyürsən?

Kişi də birdən sakitləşir və arvadına, eləcə də çəpərinin başına yığılmış qonum-qonşusuna deyir ki, bəs mən 40 ildir bu arvadla evliyəm və bu şalvarım da bəylik şalvarımdır. Amma bu günə qədər şalvarımın cibinə pul girməyib. Ona görə də onu döyüb-söyürəm ki, sən nə təhər şalvarsan ki, 40 ildə bircə dəfə cibinə pul-para girmədi?!

İndi, bu məsələ ona görə xatırladım ki, son günlər mitinq azarına düşmüş “Milli Şura”nın gizlin baş xətibi Əli Kərimli və onun baş nökəri Cəmil Həsənli, həmçinin, rəqqasə Gültəkin (Hacıbəyli), ağzıyekə İrbaham (İbrahim İbtahimli) və başqaları gecə-gündüz əyyaş Qənimətin canlı yayımına qatılıb “hakimiyyət sərbəst toplaşmaq azadlığımızı əlimizdən alır” tipli şivənçilikləri ilə millətin baş-beynini aparırlar. Hələ bu da azmış kimi, mitinqlərinə icazənin verilməyəcəyi halda icazəsiz aksiyalar keçirəcəklərini iddia edirlər. Yaxşı, bu öz yerində və həmin mövzuya qayıdacağam.

Amma siz hələ gəlin-görün ağzıyekə İrbaham o günləri əyyaş Qənimətin canlı yayımında nə deyir. Deyir ki, “biz hakimiyyətə şans vermişik” (???!!!-R.N.) Burada bir xeyli güldükdən sonra üzümü tuturam həmin o İrbahama və deyirəm ki, ay gəda, ay bunəva, ay siyasiləşmiş mütrüb, sən və sənin ətrafın nə karədirlər ki, Azəraycan xalqına və dövlətinə hər hansı bir şansı verəsiniz? 26 ildir ki, şalvarını döyən həmin o başı çönmüş kişi kimi zəifliyinizi, uğursuzluğunuzu, məğlubiyyətlərinizi hakimiyyətdə, xalqda axtarırsınız. Ömrünüzdə bircə dəfə də olsun ki, ən kiçik uğursuzluğunuzu belə boynunuza alıb, səhvlərinizi etiraf edəsiniz. Azmı olub ki, mitinqlərinizə az adam qatılarkən, bütün nifrinlərinizi, kin-küdurətlərinizi hakimiyyətlə yanaşı, xalqın da üzərinə tökmüsünüz? Xalqı ittiham edib, hətta təhqirlərə məruz qoymusunuz? Azmı olub ay ağzıyekə İrbaham? İndi nə oldu ki, durub0durub başından böyük qələti edərək, hakimiyyətə şans verdiyini çərənləyirsən? Sən sevin və şalvarını başına çəkib şükür elə ki, hələ ətrafınızda 2-5 nəfər tör-töküntü gəda-güdalar var. Onlar da gec, ya da tez öz səhvlərini anlayaraq, yavaş-yavaş sivişib aranızdan çıxacaqlar. Ona görə də, həmin o şalvardöyən kişi kimi özünüzü gicliyə qoyub, baş-beynizimi aparmayın. Mitinqə icazə verilməyəcəyi halda, bəhanə edib, icazəsiz aksiya keçirməyə cürət etməyin. Onda bax 100 % sonunuz olacaq. Özü də birdəfəlik haaa...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə