Siyasiləşmiş QHT-lər kimə və nəyə xidmət edirlər?

Bu sualın cavabı bəllidir. Artıq heç kimə sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər cəmiyyətdə ictimaiyyətçilikdən daha çox siyasiləşmiş təşkilat təsiri bağışlayırlar. Belə ki, siyasiləşmiş QHT-lər təşkilatlarına müvafiq işlər görmək yerinə, bilavasitə müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalarla iş birliyinə gedib, tamamilə fərqli mövqe nümayiş etdirirlər. Bu mənfi amil isə, ilk növbədə, konstitusiyada təsbit olunmuş qanunların pozulması analamını daşıyır. Bu tipli təşkilatlar və ictimai birliklər şəxsi mənfəətlərini güdməklə, xaricdən idarə edilərək təlimatlandırılırlar. Daha dəqiq desək, anti-Azərbaycan meyilli beynəlxalq təşkilatlarla iş birliyinə gedib, xəyanətkar olduqlarını təsdiqləyirlər. Lakin daha bir məsələ də mövcuddur ki, bu da xarici qüvvələr tərəfindən idarə olunan siyasiləşmiş QHT-lərin ölkə iqtisadiyyatının inkişafına kölgə salmaq cəhdləridir. Onu da xatırlatmaq istərdik ki, həmin təşkilatlara radikal müxalifət partiyaları və onların mətbuat orqanları da dəstək verirlər. Çünki onların da burada şəxsi mənfəət güdmə əməlləri var.

Ermənistanın rəğbətli dələduzu - Leyla Yunus

Hər dəfə min hoqqadan çıxan erməni lobbisinin dəstəyilə Leyla Yunus bu günlərdə sosial şəbəkələrdə yeni bir böhtan yayamağa başlayıb. L.Yunus guya "Azərbaycanda insanların mülkiyyət hüququ pozulur" görüntüsünü yaratmaqla Yerevandakı aksiyalara "sərin su səpmək" fikrindədir. Sual oluna bilər ki, Leyla Yunus nə üçün Ermənistanı bu qədər müdafiə edir? Cavab olaraq, deyilməlidir ki, o, həqiqi mənada, erməni ideyasını özü üçün maddiləşdirib və ona xidmət edir. Eyni zamanda, L.Yunusu ermənilərlə qohumluq əlaqəsi bağladığından, o, bu qədər canfəşanlıqla Ermənistanın maraqlarına xidmət edir.

Aydındır ki, bu gün Azərbaycandan dəfələrlə zəif olan Ermənistanda sosial problemlər həddindən artıqdır. Azərbaycanla müharibə vəziyyətində olması və torpaqları boşaltmağa razı olmaması nəticəsində, Yerevanın bütün regional layihələrdən kənarda qalmasına və ciddi sosial-iqtisadi sarsıntı keçirməsinə səbəb olub. Bu da, təbii ki, insanların gündəlik həyatında özünü göstərməyə başlayıb. Ona görədir ki, il ərzində Ermənistanı 60-100 min insan daimi olaraq tərk edir. Bu səbəbdəndir ki, Yerevanda ardı-arası kəsilməyən etirazlar və aksiyalar baş verir. Ermənistan rəhbərliyi isə bu etirazlardan yalnız manipulyasiya vasitəsilə qurtara biləcəklərini düşündüklərindən, həm cəbhə xəttində müharibə ssenarisi yaradır, həm də Leyla Yunus kimilərin haqqını verməklə Bakıda sosial narazılıq görüntüsü formalaşdırmağa cəhd göstərir. Reallıq budur ki, "hüquq müdafiəçisi" adı ilə maskalanmış L.Yunus həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən, ermənilərlə də işbirliyindən çəkinməyib. Əslində, özü də etiraf edib ki, onun ermənilərlə işbirliyinin tarixi "qədimdir". Demək, hər dəfə Azərbaycan xalqının, dövlətinin əleyhinə aparılan kampaniyaların mənbəyi də elə ermənilərə və ya ermənipərəst anti-Azərbaycan dairələrə gedib çıxır. Bu zaman sual meydana çıxır, görəsən, L.Yunus, bütün bu illər ərzində, ermənilərlə dostluq, müttəfiqlik etdiyi müddətdə Azərbaycan vətəndaşı olduğunu xatırlayıbmı? Bu ölkədə yaşadığını, öz xalqını satdığını anlayıbmı? Yoxsa pul, mal-dövlət, erməni lobbisinin onun üçün xarici ölkələrdə yaratdığı şərait, anti-Azərbaycan dairələrindən aldığı qrantlar gözünü o qədər bağlayıb ki, artıq heç nəyi görmür?

Leyla və Arif Yunusların xəyanətləri unudulmayıb...

Leyla Yunus o qəbil insanlardandır ki, siyasi məhbuslardan da pul qazanmağa çalışır. O, heç bir əsas olmadan 2007-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunan Səid Dadaşbəylinin dəstəsini siyasi məhbus elan etmişdi. Maraqlı məqam budur ki, Leyla Yunus və əri Yunus Arif "siyasi məhbus" siyahısını ayrı-ayrılıqda tərtib edirlər, özü də bir-birindən tam fərqli. Qeyd edək ki, 2003-cü ildə 15-16 oktyabr iğtişaşlarından sonra Leyla Yunusun siyasi məhbus alveri bir qədər zəifləmişdi.

Hələ erməni olduğunu belə L.Yunus özü də təsdiqləyərək, bildirir k, 20 ildir ki, deyirlər biz erməniyik: "Mən bu ilin sonuna qədər, elə şeylər yazacam ki, bizə nəinki erməni deyəcəklər, hətta başqa ittihamlar da səsləndirəcəklər".

Təəccüb doğurur? Bəlkə səhv deyirəm. Xeyr! Faktlara əsaslanıb, bu fikri söyləyirəm. Özlərini "hüquq müdafiəçisi" adlandıraraq, yalandan Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu dünyaya car çəkərək, xidmət etdikləri antiazərbaycançı dairələr qarşısında dividend qazanmaq istəyən Leyla Yunus kimilər, hər zaman öz xalqına nifrət edərək, Azərbaycan dilini yalnız söyüş söymək üçün bir vasitə hesab edirlər. Özü də, dəfələrlə etiraf edib ki, Azərbaycan dilində ancaq söyməyi bacarır. Adını "hüquq müdafiəçisi" qoyan bu canlı həşarat zaman-zaman dələduzluq və cinayət əməlləri (vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, saxta vəsiqələrin hazılanması, yaxud bu cür sənədi satma, saxta dövlət təltifinin, möhürün, blankın hazırlaması, satılması və s.) törətməkdən də çəkinməyib. Bunları 2015-ci ilin avqustunda Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi də sübuta yetirdi. Heç bir şübhə yoxdur ki, leyla yunusları hər zaman öz şəxsi, cılız, dar və korporativ mənfəətləri düşündürüb. Onlar bu hərisliklərinə görə, Azərbaycanın milli maraqlarını qurban veriblər. Fəaliyyətinin bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeyi ilə tanınan L.Yunusu dəstəkləyənlərə sual olunur: siz kimi müdafiə edirsiniz?

Müdafiə Nazirliyinin cəbhəyə göndəriləcək qida məhsullarını bazara çıxararaq, satan və bundan əldə etdiyi vəsaiti Almaniyadakı bank hesabına köçürən Leyla Yunusmu? Yoxsa onun erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 (əlli min) avro məbləğində iki dəfə aldığı qrantda sizin də payınız olub? Hələ "xidmətləri"nin müqabilində aldığı külli miqdarda vəsait hesabına Türkiyədə, Çexiyada mülklər, obyektlər aldığını və yüksək qrantları mənimsədiyini demirik. Vaxtilə R.Qazıyevin dostu kimi "toxunulmazlıq immuniteti" qazanan şeytan xislətli bu qadın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə silahlı qüvvələrin əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürməsi və bunun müqabilində külli miqdarda pul əldə etməsi də, heç kəsə sirr deyil.

Buradan aydın olur ki, hüquq müdafiəçisi adı ilə maskalanmış Leyla Yunus antimilli, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq, dələduzluq və Vətənə xəyanətlə məşğuldur.

Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə