Ölü qurumun tifilləri odla-su arasında qalıb

Bilmirəm, nədən başlayım, necə başlayım. Ona görə belə deyirəm ki, işimizi-gücümüzü atıb, indi də müxalifət düşərgəsinin əcinnələr yuvası olan "Milli Şura"da qoca "professor" Cəmil Həsənlinin adı olsa da, rəhbərlik edən satqın, əxlaqsız, sosial şəbəkələr "qəhrəmanı" AXCP sədri Əli Kərimlidir. Onun da mitinq çağırışları hamını bezdirib. Yarandığı dövrdən xarici siyasi dairələrin oyuncaq qurumu rolunu oynayan "Milli Şura" bu gün, doğurdan da, siyasi əcinnələr yuvasına dönüb. Necə deyərlər, əqidəsindən dönənlər, bir-birini söyənlər, hər dərədən gələnlər, xaricdə dilənənlər, pul üstündə bir-birilərini söyənlər yığışıblar əcinnələr yuvası olan "Milli Şura"ya. Bu siyasi əcinnələr yuvasının başında qocalıb əldən düşmüş, çörəyi dizinin üsütündə olan satqın C.Həsənli dursa da, özünü "əhəmiyyətli siyasi fiqur" kimi ictimai rəyə sırımağa çalışan AXCP sədri Ə.Kərimli xam xəyallarında qalmaqda davam edir.

Mirzə Sakit: "Şantajçı Cəmil Həsənli və AXCP sədri Əli Kərimli hakimiyyəti mənfi əməllərdə suçlamaqdansa, özünün bir illik hakimiyyətdə olduğu dövrdə etdiyi cinayətlərini yadına salsın"

"Azadlıq" qəzetinin sabiq yazarı, keçmiş AXCP üzvü Mirzə Sakit sosial şəbəkədə "Milli Şura"dakıları "yazıq adamlar" adlandırmaqla yanaşı, bildirib ki, əcinnələr üçün saman çöpü olan bu ölü qurumda "ölüm-dirim" mübarizəsi gedir. Mirzə Sakit gör necə qeyrətə gəlib ki, C.Həsənli ilə Ə.Kərimlini "şantajçı və böhtançı adlandırır. AXCP sədri Ə.Kərimli isə hakimiyyəti mənfi əməllərdə suçlamaqdansa, özünün bir illik hakimiyyətdə olduğu dövrdə etdiyi cinayətlərini yadına salsın. Hər iki satqın Azərbaycan xalqının adından istifadə etməsin, "Milli Şura"larının maskaradları ilə məşğul olsunlar. Onların hamısı o maskaradın tifil oyunçularıdır. Xalq da oyunbazlığı sevmir və xalqa yalan vədlər yedirtmək lazım deyil. Onlardan haqqımı tələb etdiyimə görə, mənə anormal fərd kimi baxırlar".

M.Sakit digər maraqlı bir məqama da toxunub: "Milli Şura"nı yaradan siyasi partiyaların heç biri hazırda orada təmsil olunmur. Yalnız AXCP-dən başqa. Bu qurum 2013-cü ilin prezident seçkilərindən sonra süqut edib. AXCP-dən ibarət olan "Milli Şura" Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxartdıqları insanlara sübut etdilər".

M.Sakit onu da vurğulayıb ki, Azərbaycanda AXCP adında partiya yoxdur, bu partiyanın adından spekulyasiya edən satqın, xain "Yurd" əcinnə-şeytanı olan Ə.Kərimli kimi iblis var. Bir əlində iki qarpız deyil, hətta beş-altı qarpız tutmağa can atan Ə.Kərimli bu dəfə "qoca professor"un kitabını birdəfəlik bağlamaq üçün indi də "üçbaşlı əjdaha" olmaq "istəyir".

Xədicə İsmayıl: "Hər yeri kor günə qoyan Əli Kərimli haqqında dediyi sölərə görə, gərək Mirzə Sakiti sevəydim"

Mirzə Sakitin səsəinə səs verən "hüquq müdafiəçisi" və "araşdırıcı-jurnalist" Xədicə İsmayıl deyib ki, hər yeri kor günə qoyan Əli Kərimli haqqında dediyi sözlərə görə, gərək Mirzə Sakiti sevəydim: "Araqarışdıran, satqın, hər şeyi öz ambisiyalarına qurban verən ağılsız Ə.Kərimliyə dəstək olduğuma görə, peşimanam. C.Həsənli də ki, sınıq barmağa... İndi siyasi əcinnələr yuvası olan "Milli Şura"da kim "ağadır", kim "nökər", bəlli deyil, bəlli olan odur ki... əcinələr yuvasında olanlar qalıb odla-su arasında. Bəlli olan odur ki, əvvəldə dediyimiz kimi, əqidəsindən dönənlər, bir-birini söyənlər, hər dərədən gələnlər, xaricdə dilənənlər, pul üstündə bir-birini didənlər yığışıblar siyasi əcinnələr yuvası olan "Milli Şura"ya.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə