Özünü "Milli Şura"nın əzəli və əbədi, "cəfakeş" üzvü adlandıran, müxalifətçi libası altında siyasi meydanda əsl çılpaqlıq nümayiş etdirən Gültəkin Hacıbəyli özünü yuyulmamış çömçəsini hara gəlir atır. Təəccüb də doğurmur. Məgər bu birinci dəfədir. Onun çömçəsi hara girmir? Bir neçə il öncə, səsləndirdiyi fikirlər haqqında çoxunuz məlumatlısınız. Ancaq bir daha xatırlatmağa dəyər. "Məhsul" stadionuna 18-25 yaşlı 100-150 nəfər gənclə bir yerdə olmaq və gələcəkdən dəm vurmaq insanın keçmişini silirmi? Tarix unudulmur. Xüsusilə də, son günlər G.Hacıbəyli sosial şəbəkələrdə bir yığın başısoyuğu ətrafına cəmləyib Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasından danışır və müqayisələr aparır.

Bu yerdə susa bilmirsən. Bir mənəviyyat, əxlaq deyilən milli dəyərlər kimi xüsusiyyətləri yadına sal, ay ikiüzlülük simvolu! Dünənə qədər deputat kürsüsündə oturduğun və Milli Məclisin plenar iclasında Azərbaycanın deaokratik və inkişaf etmiş ölkə olduğunu verilən vaxtdan da çox danışdığını nə tez unutmusan? Bu sən deyildin ki, "həqiqəti demək üçün" spikerdən əlavə vaxt da istəmişdin: "2009-cu ildə Milli Məclisin plenar iclasındakı çıxışın zamanı deyirdin: "Azərbaycan demokratiya yolunda addımlarını atan bir ölkə kimi, sözsüz ki, insan haqları sahəsində də inkişaf edir. Azərbaycanda insan haqları sahəsində spekulyasiyalar da var. Məhz bu spekulyasiyalar nəticəsində, bəzən biz terrorçuların, casusların cəmiyyətə siyasi məhbus kimi təqdim edilməsi və sırınması niyyətlərini görürük".

Ay satqın və riyakar Hacıbəyli, bir izah edin görək, nə dəyişdi? O günləri nə tez unutdun? Bir faktı da xatırlatmaq istərdim. İndi yadına sal. 2009-cu ildə keçirilən referendum zamanı İTV-də keçirilən debatda Hüquq və Demokratiya Təşviqat Qrupunun vəkili olan G.Hacıbəyli ilə İ.Qəmbər arasında baş verən insident də yaddaşlardan silinməyib. Yuxarıda təqdim etdiyim çıxışı zamanı G.Hacıbəyli "terrorçuları və casusları cəmiyyətə siyasi məhbus kimi sırıyanlar" deyəndə də, AXCP sədri Ə.Kərimlini və Müsavat başqanını nəzərdə tuturdun. İndi nə dəyişdi ki? Daha doğrusu, 2010-cu ilin noyabrında keçirilən parlament seçkilər zamanı deputat ola bilməyən G.Hacıbəyli elə həmin ilin dekabr ayında necə "müxalifətçi" oldu?

Bu gün Azərbaycanda aparılan inqilabi islahatlarla bağlı aparılan siyasəti tənqid edirsən, ay satqın. Bu, sən G.Hacıbəyli deyildin ki, parlamentin iclasında deyirdin: "Azərbaycanda çox mühüm qanunların hazırlanmasında parlament müstəsna rol oynayır. Mən çox sevinirəm ki, Möhtərəm Prezidentimizin çağırışına cavab olaraq, pensiya sahəsində çox köklü bir qanunu müzakirəyə çıxarıb. Bu, sözün həqiqi mənasında, çox böyük dəyişikliklərdən xəbər verən bir qanundur. Mütərəqqi və islahat xarakterli bir qanundur. Düşünürəm ki, yeni il qabağı Azərbyacan xalqına, pensiyaçılara Milli Məclisin çox dəyərli bir töhfəsi olacaqdır. Eyni zamanda, Möhtərəm Prezidetimizin səsləndirdiyi islahat kursuna cavab verən bir addımdır".

Bəli, bu, həmin Gültəkindir. Bu, dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmayan Gültəkindir. İndi də Azərbaycanda aparılan uğurlu sosial islahatlarla bağlı sosial şəbəkələrdə böhtan dolu çıxışlar etməsi heç nəyi dəyişməyəcək. Çünki bu, yenə də heç kim olmayan Gültəkin olaraq qalacaq. Ay heç kim olan satqın, mənəviyyatsız çirkli çömçəsi əlində olan rəzil qadın, anla, artıq zaman dəyişib, regionun əsas gücünə, qüdrətli dövlətinə çevrilən Azərbaycan üçün heç bir beynəlxalq təhdid qorxulu görünmür.

Bütün dəyişiklikləri, qüdrətli Azərbaycanın haradan-haraya necə gəlməsini müxalifət də gözəl görür və anlayır ki, antitəbliğatlar, sifarişli fəaliyyətlər, gözdənsalma kampaniyalarına cəhdlər sabun köpüyü kimi bir şeydir. Xalq da hər şeyi gözəl görür və bu cür destruktiv qüvvələrin istənilən çağırış və sosial şəbəkələrdəki aktivliyinə əhəmiyyət vermir. Və həyata keçirilən uğurlu sosial islahatlar da növbəti illərdə daha uğurlu olacaq. Ancaq yazıqlar sənə olacaq. Çünki sən heç kimsən və heç kim olaraq da qalacaqsan, ay BƏDBƏXT İKİÜZLÜLÜK SİMVOLU! Yazıqlar olsun Gültəkin kimi kəslərə!!!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə