Paşka, yəni Nikol Paşinyan yenə Xankəndində "ağzının qatığını" dağıdıb. Nəyi var hava atıb, atlanıb-coşub. Bizi hədələyib, Qarabağın Ermənistanın tərkibində qalacağını deyib və qırılmış barmağı ilə nöqtəni qoymağı da unutmayıb. Paşka belə hesab edib ki, artıq böyük müharibə bitib və Qarabağın məsələsi də "bağlanıb". Əslində isə, qayda-qanuna görə, bu, böyük oyunun sadəcə birinci hissəsi olub. Yəni oyunun birinci hissəsi bitib. Amma bunun ikinci hissəsi də var. Hə, N.Paşinyan belə hesab edir ki, daha bunun ikinci hissəsi yoxdur və Qarabağı azərbaycanlı körpələri diri-diri şişə keçirərək, qanlarını şərab kimi içərək ələ keçiriblər və onu heç vaxt qaytarmayacaqlar. Bu, onun və erməni cəmiyyətinin düşüncəsi. Bəs biz nə düşünürük? Doğrudanmı, Qarabağ savaşının ikinci hissəsi olmayacaq? Doğrudanmı, artıq hər şey elə birinci hissədəcə həll olunub?Hə, ilk başdan deyim ki, bu çıxışından sonra bizim bir çox politoloqlarımız, xüsusilə də, sosial şəbəkələrdəki ictimai fəallarımız N.Paşinyanın xalası, bibisi və sairə barədə əməllicə "təriflər" deməklə, onun başından böyük qələt etdiyini xor kapellası kimi ucadan səsləndirirlər. Bu, sadəcə acizlik əlamətidir, bir də siyasi savadsızlıq. Etməyin bunu, nədən? Ona görə ki, qarşındakının sənin barəndə dediklərinə tutarlı, məntilqi cavab hazırlamaq əvəzinə, ət tökən, ənənəvi və qəlib formasında iylənmiş fikirlərlə cəmiyyətdə "ürək bulandırmaq" və məyusluq yaratmaq bizi daha çox "batırır", nəinki N.Paşinyanı. Axı niyə anlamırıq ki, bu adam bizim düşmənimiz olan ölkənin hökumət rəhbəridir. Bu söyüşlərin və qarğışların əvəzinə oturub əməllicə baş sındırmaq, düşmənlə informasiya müharibəsi üçün gözəl planlar hazırlasaq yaxşı olmazmı? Axı onun nəsli barədəki söyüş və hədəıər hava balonu kimi uçub gedir, nə onun xalasına çatır, nə də bibisinə. Bizə də ancaq bu cür söyüşlərlə "nasosumuzu" boşaltmaq qalır, başqa heç nə. İçimizdəki erməni nifrətini də bu cür əttökən və savadsız söyüşlərlə bitirib, elə əsl Paşinyana kömək etmiş oluruq. Başqa heç nə!

Bir də ki, Paşinyanları, Sarkisyanları kimin "hürdürdüyünü" onlardan daha çox biz yaxşı bilirik axı. Bu erməniləri Qafqazda bizə qarşı yüz illərdir ki, "hürdürürlər". Bu, rus çarları və qərb xristian gücləri tərəfindən onların üzərinə qoyulmuş tarixi missiyadır, vəssalam. Yada salaq 1919-ci ilin Paris Sülh Konfransını, o vaxtı ABŞ prezidenti Vudro Vilsonu. O V.Vilsonu ki, ermənilər üçün az qala ABŞ-ı fəda etməyə hazır idi. Buyurun, mənə inanmırsınızsa, Vikipediyadakı mətni olduğu kimi oxuyun: "28 may 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib.
Ermənistanın Türkiyəyə ərazi iddiaları ABŞ prezidenti Vudro Vilsonun hamiliyi ilə güclü surətdə dəstəklənirdi. V.Vilson Ermənistan üzərində ABŞ-ın mandatını rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. Lakin 1920-ci il iyunun 1-də ABŞ Senatı 23 səs lehinə, 52 səslə əleyhinə olmaqla prezidentin arzusunu rədd etdi." Buyur, keçən əsrdə erməniləri kim "hürdürürdüsə", iki-üç gün əvvəl Xankəndidə N.Paşinyanı da həmən onların nəvə-nəticələri "hürdürdü"!.
Axı əziz qardaş və bacılarım, o, Xankəndidə Qarabağ ermənilərinin qabağında çıxış edib deyəsi deyil ki, "ay ermənilərim, gəlin yüz illər boyü çörəyini yediyimiz, suyunu işdiyimiz, ölkəsində yaşayıb adam olduğumuz azərbaycanlılara Qarabağı qaytaraq. Daha torpaq davası edib qonşularımızla düşmən kimi yaşamayaq." Bu, heç zaman mümkün deyil. Heç bir erməni siyasətçi bu qələti nəinki açıqda, heç gizlində də ürəyinə gətirməz. Yalandan özümüz-özümüzü aldatmayaq. N.Paşinyanın bu cür məsuliyyətsiz bəyanatları isə, birbaşa ona hesablanıb ki, bizim yatmış və nostaljidə olan cəmiyyətimizə silkələnmə gəlsin. Düşmən də olsa, hava atsa da, bizi ayıltmaq üçün əla seçimdir. Hə, orası bir başqa ki, N.Paşinyan belə əmin deyil ki, biz onun bu nasist fikirlərindən sonra da ayılası deyilik. Düzdür, bizi təxribata çəkir. Amma həqiqət də odur ki, erməni sənə heç vaxr öz xoşu ilə torpaq verməz. Bu xalq, yüz illərdir ki, nasizimin laylası ilə yatıb-oyanır. Türk qanına susayan sənə torpaq qaytarmaz!

Bütün xəbərlər Facebook səhifəmizdə