Dövlət siyasi mənsubiyyəti deyil, insanlıq amilini öndə görür

Budur, artıq mətbuatımızın 144 ilinin başa çatması ərəfəsindəyik. Son 16 il, bütün sahələrdə olduğu kimi, mətbuatımızın da tarixində yadaddaqalan oldu. Belə ki, nənəhg jurnalistlər ordusundan nə az - nə çox, düz 411 ailə dövlətimizin diqqət və qayğısı nəticəsində, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə şəxsi mənzillə təmin olundu. Bu, xüsusi olaraq vurğulanmalıdır ki, dünyada analoqu olmayan, nəniki MDB məkanında, eləcə də, dünyanın heç bir dövlətində olmayan belə bir nəhəng layihə, məhz ilk dəfə Azərbaycanda reallaşdı. Əlbəttə ki, bütün bunların arxasında ölkəmizin gücü, qüdrəti və insan amilinə verilən yüksək qiymət faktoru dayanıb. Qeyd olunan bu faktordan, məhz qələm sahiblərinin də yararlanması isə, təbii ki, çox önəmli hadisəsir. Və mən burada özlərini jurnalist adlandırıb, tamamilə başqa peşənin qulpundan yapışanları həmin cərgəyə qatmaq istəməzdim.Bu yerdə bir məsələni də xatırlatmaq istərdim ki, hələ bir neçə il öncə, sözügedən mövzu gündəmə gələrkən və yenidən qaşınmayan yerdən qan çıxarmağa çalışan satqın və Azərbaycanın uğurlarını həzm edə bilməyən riyakarlar, xüsusilə də, müxalifət mətbuatında oturub hakimiyyətə qarşı arxadan qılınc vuranlar, bu gün bu reallıqları görüb sususrlar. Niyəsi isə budur ki, dövlətimiz, ölkə rəhbərliyimiz böyüklük göstərib və siyasi mənsubiyyətindən asılı olmayaraq, iqtidarlı-müxalifətli jurnalistləri bir damın altında ev-mülk sahibi etdi. Amma unutmaq da lazım deyil ki, bu kimi əhəmiyyətli amili "jurnalistlərə verilən rüşvət" kimi qiymətləndirənlərin çalışdıqları qəzetlərin qələm sahibləri də yeni binadan təmir olunmuş mənzillərlə təmin olundular. Nəticədə, kimin-kim olduğu bir daha öz təsdiqini tapdı. Yəni dövlətin yürütdüyü siyasəti aşırı şəkildə tənqid edənlər, dövlətin qanadı altında sığındılar. Bax, böyüklük də budur ki, dövlət siyasi mənsubiyyəti deyil, insanlıq amilini öndə görür və bundan sonra da görəcək.Və növbəti sevinci isə mətbuatımızın növbəti ildönümü ərəfəsində, 255 jurnalist həmkarlarıma nəsib olacaq. Necə deyərlər, mənzillərlə təmin olunan həmkarlarımızın sevincini mənzil gözləyənlər də yaşasınlar...

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə