Sosial sahədə atılan ugurlu addımlara Əli Kərimlinin təxribatçı reaksiyası

Populizm xəstəsi, mifomaniya kimi agır sindroma düçar olan Əli Kərimli etdiyi hərəkətlərlə yenə də əsl mahiyyətini ortaya qoydu. Bu dəfə isə böyük faciəmiz olan - Xocalı soyqırımı günündə. Onun hər bir danışıgı, davranışları, hakimiyyətə yönəlik çagırışları, təxribatçı hərəkətlərə sürükləyən spekulyativ söz oynatmaları yalnız bir nəticəni hasil edir: bu şəxs situativ hədəfləri naminə hər cür rəzilliyə hazırdır.

Tərcümeyi-halı demək olar ki, xəyanət və satqınlıqdan ibarət olan AXCP sədrinin bu gün “müxalifətin mələyi” simasında radikal düşərgənin adından boyundan böyük bəyanatlar səsləndirməsi son dərəcə absurd görünür. Oldugu məkanlarda pozuculuq fəaliyyəti ilə məşğul olan Əli Kərimlinin 20 yanvar-Ümumxalq hüzn günündə radikal dəstəsi vastəsilə törətdiyi təxribatçı hərəkətdən heç iki ay keçməmiş yenidən anoloji hərəkətlərə yol verməsi bu şəxsin təfəkkür sarıdan da probleminin oldugunu göstərir.

"Ana harayı" abidə kompleksinə günortadan sonra təşrif buyuran Əli Kərimlini sol tərəfdə Nurəddin Məmmədli sag tərəfdə isə cangüdənlər müşayiət edib. Heç bir yerdə rəsmən çalışmayan təşkilat rəhbərinin bu cangüdənləri hansı maliyyə hesabına saxlaması məsələsi dıgər bir müzakirə predmetidir. Maraqlı məqam odur ki, xalq adından spekulyasiyalar edən bir təşkilat sədri xalqın içərisinə cangüdənləri ilə qatılıb. Əcaba kimdən qorxur? Xalqdanmı? Soruşmaq lazımdır ki, niyə anım gününə gecə-gündüz internet resurslarından, facebook hesabındakı paylaşımlarda dediyin 40-50 minləri gətirmədin. Ümummili məsələyə həsr olunan tədbirə niyə sizi dəstəkləyənlər dəstək vermədilər.

Anım tədbirində jurnalistə açıqlama verən Əli Kərimli öz rüsvayçılıqlarını gülməli yalanlarla gizlətməyə çalışıb. Jurnalistin “Anım tədbirində niyə az adamla qatıldınız? Kütləvilik niyə yoxdur?” sualına belə cavab verib ki, guya o, öz tərəfdarlarını qorumaq üçün belə addım atıb, yəni yürüşdən sonra onun tərəfdarlarını saxlanmasınlar....

Nə qədər absurd və gülməli cavabdır. Nə vaxtdan ümummilli təbirlərə qatılanları həbs ediblər? Bu kimi tədbirlərə insanları kimsə zorla gətirmir, hər bir şəxsin vətəndaşlıq borcudur ki, bu kimi tədbirlərə qatılsın. Son anım tədbirində Prezident İlham Əliyevin ardınca böyük insan izdihamının “Ana harayı” abidəsini ziyarət etməsi şəhidlərimizi ruhuna hörmət olmaqla tədbirin məhz belə axarda keçməsini labüd edir. Demək ki, insanlar əsl liderinin arxasınca gedirlər.

Sual olunur, Əli Kərimlini bu insan izdihamına qoşularaq abidə kompleksini ziyarət etməyə nə mane olurdu. Şübhəsiz ki, yenə ambisiyalar, formalizm, populizm kimi mərəzlər AXCP sədrinin tədbirə axşam saatlarında qatılmasını şərtləndirib. Bir haşiyəyə də çıxaq ki, Musavat partiyasının təmsilşiləri də səhər saatlarında anım tədbirində Xocalı abidəsi önündə qarışıqlıq yaratmağa cəhd ediblər, polisin tapşırıq və tövsiyələrinə əməl etmədikləri üçün ərazidən uzaqlaşdırılsalar da mitinqlərdəki şüarları səsləndiriblər.

Eyni təxribatçı hərəkətlər anım tədbirinə günortadan sonra cangüdənləri və Nürəddin Məmmədlisi ilə qatılan Əli Kərimli tərəfindən də törədilib. Bu dəfə də AXCP sədri internet resurslarından hakimiyyət əleyhinə söylədiyi şablon ifadələri səsləndirməklə diqqəti özünə cəlb etməyə çalışıb. Vicdan və milli heysiyyat hissini itirən Əli Kərimli faciə günümüzdə belə cari, situativ hədəflərə hesablanan bəyanatlar səsləndirməklə növbəti dəfə şəhidlərimizi ruhuna hörmətsizlik nümayiş etdirib. Həmin gün dünyanın da diqqəti Azərbaycana yönəlmişdi. Məhz bu məqamdan sui-istifadə etməklə öz məkri, xəbis niyyətlərini açıq biruzə vermək bu insanın simasızlıgını bir daha ortaya qoyur.

Sponsor dəstəkli video müraciətlərdə, xaricdə mənzil qərargahı olan internet resurslarından hakimiyyət əleyhinə fikirlər səsləndirən və 19 yanvar mitinqinin “nəticələri” barədə moizələr oxuyan Əli Kərimli ölkədə aparılan davamlı sosial islahatların şokundadır. Çünki insanların rifah halının yüksəldilməsinə yönəldilən davamlı tədbirlər hər kəs tərəfindən yüksək dəyərləndirilir. Ölkə başçısının ən müxtəlif sosial qrupların mənafeyinə xidmət edən fərman və sərəncamları ümumilikdə Azərbaycan vətəndaşlarının maddi rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Əli Kərimlinin ölkədə aparılan ugurlu sosial islahatları “öz əməyinin nəticəsi” kimi qələmə verməsi və bu istiqamətdəki virtual sayıqlamaları isə sabun köpüyü effektindən başqa bir şey deyil.

Elnur Hacıalı

Bütün xəbərlər Facebook səhifəmizdə