Düşmən yalı ilə bəslənənlər sonda ifşa olunurlar

Bu günə kimi hər gün bir cinayətkar, Vətən xaini peyda olur, sonra da adını qoyurlar "insan hüquqları pozulur, nə bilim söz azadlığı yoxdur", və digər şər, böhtanlar. Başlayırlar bu cinayətkarın müdafiəsinə. Özü də kimlər müdafiə edir? Əlbəttə ki, bəllidir - xarici qüvvələrə nökərçilik edən, hər şeylərini qrantlara satan erməni qulbeçələrin iblis xislətçisi, əxlaqsızı, mənəviyyatsızı -Əli Kərimli kimilər. Qəribəsi də odur ki, qranta görə qaşınmayan yerdən qan çıxarmağa çalışan AXCP sədrini bu gün Azərbaycanın əldə etdiyi uğur yaman qıcıqlandırır. Elə zənn edir ki, şər-böhtan deməklə, özündə bir təsəlli tapacaq, ancaq xəstə mafiozdan bundan savayı, nə gözləmək olar? Buna da nail olmadıqda, əl atır mitinq şousuna. Mitinq şousu, ona görə deyirəm ki, 5-10 nəfər mitinqə gələn elə Ə.Kərimlinin özünü saymırlar, ağızlarına gələni üzünə deyirlər. Ə.Kərimli də, o qədər üzü tüpürcəkli olub ki, bir üzünü silib, o biri üzünü çevirir. Bax, budur abırsızlıq və həyasızdıq. Çünki Ə.Kərimli erməni sevgisindən erməniləşən məxluqudur. Ancaq onun kimiələr də çoxdur. Rüstəmi, Əlisi, İsası, Əkrəmi, Gültəkini, Leylası, Xədicəsi, Vidadisi, Teymurxanı, Turalı və ... kimi satqın, əxlaqsız ermənixislətli mənəviyyatsızları xalqımız yaxşı görür və onların məqsədlərini də bilir. Bu bədbəxtlər anlamalıdırlar ki, Azərbaycana batmaq müşkül məsələdir! Bunu Avropadakılar və onlara nökərçilik edən satqın müxalifət də bilir. Bu gün bu satqınlar və ölkəmizin uğurlarına qısqavnclıqla yanaşan avropalı deputatlar da qanmağa məhkumdurlar ki, Azərbaycan qədər zəif deyil ki, vətəndaşlarımız siyasi mövqeyinə görə şərlənib həbs edilsin. Belədir, ya yox, cənab misterlər? Anti-Azərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib, özgə yalı ilə yallanan Ə.Kərimli və onun kimilər unutmasınlar ki, heç nəyə nail ola bilməyəcklər və gec-tez bu yalan və böhtanlar sonda ifşa olunacaq. Çünki Vətənin halal çörəyinə kəm baxıb, özgənin yalı ilə bəslənənlər heç vaxt xalqın qınağından qurtula bilməyəcəklər. Necə deyərlər, qır qazanında yanacaqlar.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə