30 ilə yaxındı, gözləri yol çəkirdi. Başqa bir dərdi də yox, dərd iqtidar dərdiydi. Axı daha neyləyim, nə deyirsiz edirəm, "dayı"larına dedi, AXCP-çi Əli... Hakimiyyət həsrəti Əliyə bir dərd idi, gözlərinin önündə bu dərd ona dağ idi. Gecə-gündüz həsrətdən qulaqları şəkdəydi, amma xəbər yox idi, nə də ətər yox idi. Yalnız əmr gəlirdi, əmr də ki, mitinqdir. Fikirləşir bu Əli, nə edim, necə edim, axı bu hakimiyyətə siz deyin, nə cür gəlim?! Bütün aləm bilir ki, sözdən çıxan olmadım. Soros dayının əmrinə mən naxələf çıxmadım. Əliyə pul-paralar vermişdilər vaxtilə, indi dollar almayan Əli gələrək dilə, söylədi "dayı"sına bir neçə acı kəlmə:
- Vur deyirsiz vururam, dur deyirsiz dururam. Hətta söyül, tüpürül, ona da xub deyirəm. Hərəniz bir tərəfdən üzümə ağ oldunuz, məni tənha qoydunuz. İndi də məhkəmədə "üzümə dayanırlar", məni dərdə salırlar. Verdiyiniz pulları mən qarnıma ötürdüm, cüzi bir hissəsini dostlar ilə bölüşdüm, amma yenə yetmədi...
Oğlum "qəriblikdədi", gərək o, darıxmasın. Onu elə yaşadım, ürəyi sıxılmasın, axı balam "uşaqdı". Məni də başa düşün, daha mən qocalıram. Nə qədər qocalsam da, sədrlikdən doymuram. İddiam çox böyükdü, iqtidara gəlim mən, daha bundan sonrası sədr olmaq istəməm. Niyə məni atdınız, belə danışmamışdıq?! Axı daha neyləyim, bu mən, bu siz, bu meydan?
Qəzəbdən "dayı"sının gözləri dörd olmuşdu. Əlinin sözlərindən beyninə qan vurmuşdu. Fikirlər, düşüncələr qəlbini çox sıxırdı, "mitinqə" deyən kimi, o, mitinqə çıxırdı. AXCP-nin sədri indi qalsa da bezar, amma zərrə qədər də onda yoxdu həya-ar. Bu qədər əmrləri yerinə o yetirir. Biz istəyən formada mitinqlər olmasa da, dollarların haqqını azdan-çoxdan ödəyir. "Dayı" azacıq ona hardasa "haqq" versə də, üzə qayıtmasına yamanca hirslənmişdi. O baxımdan "dayı"nın sinirləri gərildi, "bundan sonra görərsən" deyə o, fikirləşdi, barmaqları büküldü, görünən isə şişdi... Sonda qərara gəldi: "Daha bəsdir, ay Əli", yetərincə işlətdik, indi ağıllanmışıq, deyəsən, illərdir ki, səni yaman bəslədik...
Afət TAHIRQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB