Yazıya başlamazdan əvvəl bir hörmətli və dövlətini sevən axundun vaxtilə dediyi sözünü xatırlatmaq istərdim. O deyirdi ki, bir var namaz qılıb, ibadət edəndə özünü Allah qarşısında sanasan, biri də var ki, namaza idman kimi baxasan, ya da toyuq dimdiyini yerə vurub dən götürən kimi əyilib-qalxasan. Bunlar fərqli-fərqli məsələlərdir...
Hazırda dindar maskası altında Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən şəxslər sosial şəbəkələrdə gah canlı yayımlar, gah da statuslar vasitəsilə mənfur addımlarını atmaqda davam edirlər. Lakin məsələ həm də ondadır ki, özlərini az qala Peyğəmbər, İmam övladı kimi təqdim edən həmin ünsürlər ümumiyyətlə, hansı məzhəbə, hansı dinə qulluq etdiklərini belə bilmirlər. Daha dəqiq desək, gizlində Şeytana nökərçilik edənlər, açıqda dönüb olublar “müsəlman”...
Sözdə təqvadan, saflıqdan, möminçilikdən, daha nə bilim nədən dəm vuran bəlli simasızlar toplumu nədənsə daha kimlərə xidmət ediklərini deməyə ya cürət etmirlər, ya da demək istəmirlər. Elə isə, biz deyək...
Facebookda şəhadət barmağını yuxarı qaldırıb əqiq üzüyünü millətə reklam etdirən, günaşırı Azərbaycan dövlətinin əleyhinə “moizələr” səsləndirən Tohid İbrahimbəyli əslində öz içindəki Şeytanı biruzə edib. Həmin Şeytanı ki, bu gün nökərçilik etdiyi fars şovinist dairələrinin reallıqda ibadət etdiyi büt də məhz odur və həmin Şeytanı Allaha qarşı çıxıb! Ümumiyyətlə, bu gün dövlət əleyhinə çıxmağın günah olduğunu bilə-bilə bunu edən Tohid İbrahimbəyliyə və onu dəstəkləyən saxta dindarlara başqa hansı adı vermək olar ki?!
Ən adi bir gerçəkiliyi xatırladaq. İdida edirlər ki, guya dövlətimiz Qarabağın düşmən tapdağından azad olmasını qəsdən gecikdirir, yəni bunda maraqlıdır və s. (???!!!-R.N.) Lakin bu gün Ermənistana nəfəs borusu verən həmin bu Tohidin xidmət etdiyi dairələrdir. Bu gün işğal altında qalan Qarabağımızda fəaliyyət göstərən şirkətlər də onun nökərçilik etdiyi dairələrdir. Bu gün işğal altındakı torpaqlarımızı narkotranzit kimi istifadə edənlər Tohidin şeyxləri, “axundlarıdır”. Və bu gün onun gədalıq etdiyi həmin dairələrin “baş mollaları” erməniləri özlərinə qohum millət sayırlar. Yəqin ki, anlayanlar anladı Tohid içindəki Şeytanın nə olduğunu!
Terror, sabitliyi pozmaq, məzhəb və dini ayrıseçkilik salaraq, süni şəkildə xootik vəziyyət yaratmağa cəhdlər göstərmək – bütün bunlar İslam dinində haram kimi qiymətləndirilib. Ancaq kimə deyirsən ki..? İçində Şeytan gizlənmiş Tohid məgər bunları bilmirmi? Elə yaxşı bilir ki! Sadəcə, o pul qazanmaqla məşğuldur. Elə bir pul ki, hətta dünyanın ən qədim peşəsini icra edənlərin qazandıqları o puldan təmizdir! İndi dəyərli oxucularımız özləri dəyərləndirsinlər ki, bunlar nə qədər çirkaba, nə qədər çamura, batağa bulaşmış murdarlardırlar. Öz utopik xəyallarına çatmaq üçün insan qanı tökməyə hazır olan bu şeytanpərəstlər hələ də anlamırlar ki, Azərbaycan dövləti və xalqı qarşısında heç nəyə nail ola bilməyəcəklər. Bu, mümkün olan şey deyil. Necə ki, aslanlar kimi dövlətimizin keşiyində dayanan hüquq-mühafizə orqanlarımız bunun mümkünsüzlüyünü isbatladı. Lazım gələrsə, bundan sonra da isbatlayacaq. Şeytanpərəst Tohid isə bu həqiqəti yaxşı olardı ki, qulaqlarından sırqa edib assın. Hərgah asmasa, günahını da özündə axtarsın, zatən günahkardır...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB