"İpiqırıq"lar düşərgənin abırsız müqayisələri

"İpiqırıqlar"dan danışarkən, heç uzağa getmək lazım deyil. Dağıdıcı düşərgədə o qədər ipiqırıqlar var ki, özləri də baş verənlərdən giriftar olublar. Bir də bu təəccüb doğurmur. Elə götürək AXCP sədri Əli Kərimlinin ipli kuklası olan sözdə "Milli Şura"nın sədri Cəmil Həsənlini. Söyüş, böhtan və şər tuluğuna çevrilən C.Həsənli 11 aprel seçkisindən sonra başını yaman itirib. Bir də neyləsin, göz gördüyündən qorxar. 10 il deputat olasan, insanları az-çox tanıyasan, 5-6 nəvən ola, bir tərəfdən yaşın 70-ə işləyə... lakin AXCP sədri Ə.Kərimlini Albert Eynşteynlə müqayisə edəsən, bax, dəhşət budur! Deyir hər fəslin öz "qəhrəman"ları olduğu kimi, AXCP-də də hər dövrün öz "öncül"ləri var.

Əgər oxucularımızın yadındadırsa, bir neçə il bundan öncə, Gözəl Bayramlı AXCP sədrini tərifləyib, onun Nelson Mandella ilə müqayisəsini aparırdı. Ancaq rəhmətlik Həsən Kərimovun bir dəfə bu cür bənzətmələrə və oxşatmalara etiraz etməsi cəbhəçilər tərəfindən necə daş-qalağa tutmuşdularsa, yazıq onunla da oturdu yerində. Ən gülməlisi isə Nurəddin Məmmədlinin rusiyalı müxalifətçi Nemtsovun ölümündən sonra Ə.Kərimlini onunla müqayisə etməsi idi: "Nemtsov Əli bəyə qibtə edirdi...". Buyurun, indi də C.Həsənli onu A.Eynşteynlə bir tərəziyə qoyur. Bax, bu yerdə deyirlər ki, həyasızlığın son nöqtəsi. Ay Cəmil bəy, heç olmasa, belə bir iddia ilə çıxış edəndə, öz yazdığın "Ağ ləkələrin qara kölgəsi" çızmaqaranı gözünün qabağına gətirəydin. Adıçəkilənlərin hamısı siyasətdə və elmdə uğur qazanmış, bütün dünyanın tanıdığı şəxslərdilər. Bəs Ə.Kərimli kimdir? Ə.Kərimli: xəyanət, qisaslar və intriqalar toplusu. Onu yemləyən əli dişləyən, adətən, onu təpikləyənin çəkməsini yalayır. AXCP sədri Əli Kərimli və onun "gerilyeros-banditos" dəstəsi Vətəndən, millətdən və demokratiyadan çox danışsa da, həmişə sözləri əməlləri ilə zidd olub. Ə.Kərimlinin siyasi karyerası, əslində, sonsuz xəyanətlər, qisaslar və intriqalar toplusudur: o, Azərbaycanda hakimiyyətə gəlmək üçün ölkənin və millətin düşmənləri ilə də separat danışıqlar aparıb, sövdələşib, "maliyyə dəstəsi" və qrantlar qismində paylar alıb, üzərinə öhdəliklər götürüb, sonra hakimiyyətlə danışıqlara can atıb, yenə vədlər verib - amma sonda hamını aldatmağa çalışıb. Ayıbdır, belə müqayisələr aparmaqdansa, abırınıza qısılın. Belə müqayisəsini aparmaq isə, sadəcə düşüklük və çarəsizlikdir.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə