Bu günlərdə Azərbaycan əleyhinə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar və insan haqları qurumları, eləcə də erməni lobbisi ilə siyasi korrupsiya əməllərində adları hallanan keçmiş diplomatlar ABŞ-ın dövlət katibi Con Kerriyə müraciət ediblər. Növbəti dəfə qərəz və böhtan xarakterli müraciətdə sərsəm fikirləri ilə çıxış edən həmin dairələr hətta bir az da irəli gedərək, bu dəfə ABŞ-ı Azərbaycanın dövlət rəsmilərinə qarşı sanksiya tətbiq etməyə çağırıblar. Məsələn, yalnız müstəqil və qətiyyətli siyasət yürüdərək, güclənən Azərbaycan dövlətində öz siyasi və iqtisadi maraqlarının təmin olunmayacağını yəqin edən qərəzli qurum və şəxslər Amerikanın dövlət katibinə ünvanladıqları məktublarında Azərbaycanın dövlət rəsmilərinə viza qadağası qoymağa, Azərbaycanın dövlət qurumlarına ABŞ-ın ticarət sahəsində həvəsləndirici yardımlarını dayandırmağa səsləyiblər. O cümlədən, həmin dairələr "insan haqlarının pozulması" məsələsini ön götürərək, ABŞ-ın Azərbaycan hökumətinə təpki və təzyiq göstərməsini də istədiklərini sözügedən məktublarında bildiriblər. Qeyd edək ki, müraciət məktubunda ənənəvi qərəzçiliklə məşğul olan "Freedom Hosuse"nin, keçmiş səfir Morton Abramovitzin, ABŞ dövlət katibinin demokratiya və insan haqları üzrə keçmiş köməkçisi Elliott Abramsın, Şərqi Avropada Demokratiya İnstitutunun direktoru Eric Çenovezin, Corctaun Universitetindən olan Ceffri Gedminin, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin, "AZAD" Amerikalı azərbaycanlılar təşkilatı"ndan Elmar Şahtaxtinskinin, Qorxmaz Əsgərovun da imzası var.
Uzun illərdir ki, çabalarının nəticəsini görməyən qərəzli qüvvələr daha da azğınlaşaraq, artıq nə edə biləcəklərini bilmirlər
Təbii ki, bütün bu kimi qondarma və əsassız iddiaların arxasında dayanan əsas faktorlardan biri Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdə öz mövqeyini gücləndirməsidir. Söz yox ki, Azərbaycanı dost, müttəfiq bilən, ölkəmizlə əməkdaşlıq edərək, bir çox sahələrdə inkişaf amilini əsas götürən nüfuzlu təşkilatlarla yanaşı, dövlətimizə qarşı bilavaitə düşmən mövqeyi sərgiləyən tərəflər də mövcuddur ki, onlar hər addımlarında bənzər çirkin addımlarını atmaqdadırlar və əslində, ölkə ictimaiyyəti dəfələrlə bu cür halların şahidinə çevrilib. Ümumiyyətlə, Azərbaycan son illərdə dünyanın döyünən ürəyinə, mərkəzinə çevrildikdən sonra ölkəmizə qarşı çıxan mənfur qüvvələrin xislətlərində qısqanclıq hissləri daha da artamaqdadır. Lakin onların cavablları yerində, faktlara və sübutlara əsaslanaraq qəti şəkildə verilir.
Azərbaycan Avropada ilk dəfə olaraq, möhtəşəm beynəlxalq idman yarışmasına hazırlaşır və həmin müddətə çox qısa bir müddət qalıb. Belə olan bir vəziyyətdə uzun illərdir ki, çabalarının nəticəsini görməyən qərəzli qüvvələr daha da azğınlaşaraq, artıq nə edə biləcəklərini bilmirlər.
Lakin eyni zamanda, guya ölkəmizdə insan haqlarının pozulmasını iddia edən bu kimi dairələr, əslində, ABŞ-da, Qərbi Avropada tüğyan edən insan haqlarının pozulması, vətəndaşların polis sərtliyi ilə qarşı-qarşıya qalması barədə bir kəlmə də olsa danışmırlar və əgər belədirsə, bu zaman biz onlara həmin dəlilləri, sübutları sürə bilərik. Çünki hər kəsə kifayət qədər bəllidir ki, bu gün hər hansı bir ölkədə ictimai asayişin qorunması istiqamətində görülən tədbirləri, eyni zamanda, qanunamüvafiq halları ciddi tənqid və qınaq obyektinə çevirən ABŞ və Avropanın özlərində insan hüquqları kobud surətdə pozulur, dini-etnik və ictimai zəmində diskriminasiya hallarının sayı durmadan artır. Həmin ölkələrdə polis zorakılığı ilə müşayiət olunan dağıdıcı proseslər cəmiyyətin hər bir təbəqəsinin nümayəndələrinə sirayət etməkdədir.
"Demokratiya", "insan hüquqlarının müdafiəsi" pərdəsi arxasında çıxış edən bəzi Qərb ölkələri müstəqil dövlətlərə qarşı təzyiq mexanizmindən istifadə edirlər
Həmin hal isə artıq uzun illərdir ki, davam edir. Marqlısı da budur ki, Azərbaycana qarşı çıxış edən qərəzli təşkilatlar bütün bunları bilə-bilə, bir dənə də olsa etiraz bəyanatları səsləndirmir, Qərb ölkələrinin dövlət rəsmilərinə qarşı sanksiyaların tətbiq olunması çağırışları ilə müraciətlər, bəyanatlar səsləndirmirlər. Demək, baş verənləri təhil etdikcə, belə bir nəticə çıxır ki, beynəlxalq miqyasda "demokratiya", "insan hüquqlarının müdafiəsi" pərdəsi arxasında çıxış edən bəzi Qərb ölkələri müstəqil dövlətlərə qarşı təzyiq mexanizmindən istifadə edirlər. Bu fakt isə onu sübut edir ki, həmin Qərb ölkələri nəinki beynəlxalq hüquq normalarını ayaqlar altına atırlar, o cümlədən, milli dövlətlərin beynəlxalq müstəvidəki fəaliyyətinə kobudcasına müdaxilə edərək, əslində, hansı xislətə malik olduqlarını aşkar şəkildə sərgiləyirlər.
Kifayət qədər hər kəsə agahdır ki, bu gün həm ABŞ-da, həm də Qərbi Avropada nümayişlər və mitinqlər əleyhinə sərt üsullardan istifadə olunur. ABŞ və Avropada geniş vüsət alan tətillərdə hökumət qüvvələrinin aksiya iştirakçılarına qarşı ən amansız metodlardan istifadə etməsi "demokratiya ixracatçısı" olan bu ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulduğuna təməlli nümunədir.
Əgər Almaniya hökuməti Avropanın mərkəzi ölkələrinin birində - İtaliyada insan hüquqlarını pozursa...
Məsələn, İspaniyada, İtaliyada, Yunanıstanda keçirilən bir çox irimiqyaslı etiraz aksiyalarında insanların dəyənəklərlə vəhşicəsinə döyülməsi, insan sağlamlığına zərər verən gözyaşardıcı qaz və s. kimyəvi vasitələrdən istifadə edilməsi, xüsusi təlim keçmiş itlərin aksiyaçıların üzərinə buraxılması, insanların atların ayaqları altına salınması, həbs olunarkən ən sərt üsullardan istifadə edilməsi dünyanın gözü qarşısında baş verir.
Daha bir misal gətirək. Ötən ayın sonunda Romanın "Müstəqillik Meydanı"nda minlərlə nümayişçi ilə polis arasında baş verən toqquşma nəticəsində xeyli insan ciddi bədən xəsarətləri almışdı. İtaliya mətbuatının yazdığına görə, etiraz aksiyasının genişlənməsinə səbəb isə 600 nəfər İtaliya vətəndaşının alman şirkətindən ixtisar olunması və bunun nəticəsində onların sosial problemlərlə qarşı-qarşıya qalmaları olub. İşdən qovulan işçilər işdən uzaqlaşdırıldıqlarına etiraz edərək, Almaniyanın İtaliyadakı səfirliyi qarşısında aksiya keçiriblər. Polis isə güc tətbiq edərək aksiyaçılara divan tutub. Bundan sonra nümayişçilərin etirazı daha da şiddətlənib. Aksiyanı dağıtmaq üçün polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
Bu arada İtaliya ilə yanaşı, bəzi Almaniya siyasi və media dairələrinin də insan hüquqlarını arxa plana keçirərək, bu istiqamətdə boğazdan yuxarı danışmasının dəfələrlə şahidi olmuşuq. Maraqlıdır, əgər Almaniya hökuməti Avropanın mərkəzi ölkələrinin birində - İtaliyada insan hüquqlarını pozursa, eyni zamanda, öz daxilində inkişaf edən irqçilik, ksenofobiya, islamafobiya kimi amillərin qarşısını ala bilmirsə, bu zaman nəyə görə məhz müstəqil Azərbaycana qarşı bu qədər qərəzli yanaşmalar edirlər? Yəqin ki, bu sualın cavabını bir çoxları çox gözəl bilir...
Ümumiyyətlə götürdükdə isə Azərbaycandan fərqli olaraq, son vaxtlar Avropa İttifaqına daxil olan ölkələrdə sosial-iqtisadi problemlərin çoxalması ilə əlaqədar kütləvi etirazlar səngimir.
Qərbdə demokratiyanın milli, irqi və dini mənafelərə uyğun təhrif edilmiş formasının inkişafı aşkar olaraq görünməkdədir
Qərbi Avropa dövlətləri, avrozonaya daxil olan ölkələrlə yanaşı, özünü "demokratiyanın" beşiyi və ixracatçısı" kimi qələmə verən ABŞ-da da insanlara qarşı həyata keçirilən vəhşi üsullar dünyanın gözü qarşısında baş verir. ABŞ polisinin etirazçılara, eləcə də sıravi vətəndaşlara qarşı amansız rəftarına göz yumulur. Buna misla kimi bir daha Ferqüssonda baş verən hadisələri, Los-Anceles ştatında yerləşən Skid-Rou rayonunun mərkəzində polislərin evsiz adamı səbəbsiz yerə güllələməsini, yenə də ABŞ-ın Madison şəhərində silahsız qaradərili gəncin polis əməkdaşının açdığı atəş nəticəsində öldürülməsini göstərmək olar. Beləliklə, söyləyə bilərik ki, insan hüquqlarının kobud şəkildə pozulduğu Almaniyada, məscidin yandırıldığı və aksiya iştirakçılarına divan tutulduğu Böyük Britaniyada, jurnalistlərin həbs edildiyi İtaliyada, İctimai Televiziyanın bağlandığı Yunanıstanda, ABŞ-da və s. Avropa İttifaqına üzv olan ölkələrdə əvvəlki qətiyyət və inamla inkişaf, sabitlik və tərəqqidən danışa bilmirlər. Bu ifadələrin yerini etiraz aksiyaları, avrozonanın problemləri, antiqlobalistlərin tədbirləri, dini dözümsüzlük, irqçilik və sair kimi terminlər tutmağa başlayıb. Eyni zamanda, Qərbdə demokratiya deyil, demokratiyanın milli, irqi və dini mənafelərə uyğun təhrif edilmiş formasının inkişafı aşkar olaraq görünməkdədir. Daha dəqiq desək, buna görə də hədəfdə müstəqil, qətiyyətli və güclü Azərbaycan dövlətidir. Ancaq bu kimi qərəz və böhtanların ayaq tutsa da, yeriyə bilməyəcəyi bəri başdan məlumdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB