Minlərlə insan illərlə işləyib, amma kağız üzərində sanki heç yaşamayıb… Əmək müqaviləsi olmadan çalışan bu insanlar üçün sual acıdır: alın təri, gecə-gündüz zəhmət, sağlamlıqdan gedən illər , bunlar təcrübə sayılmırmı? Sistem üçün “yox” sayılan bu əmək, sabah pensiya yaşına çatanda bir anda böyük boşluğa çevrilir.
Ən ağır tərəfi isə odur ki, bir çox hallarda insanlar müqaviləsiz işləməyə məcbur qalır. İş var, amma hüquq yoxdur. Seçim yoxdur, çörək var. İndi isə illər keçib və sual ortaya çıxıb: “Mənim bu illərim hara getdi?”
Qanun müəyyən çıxış yolları tanıyır , sübutlar, məhkəmə, könüllü sosial sığorta ödənişləri… Amma bu yol hər kəs üçün eyni dərəcədə əlçatan deyil. Çünki stajı bərpa etmək təkcə hüquqi məsələ yox, həm də zamanla, əsəblə, pul və səbrlə ödənən bir mübarizədir.
Bu reallıq bir həqiqəti açıq göstərir: əmək müqaviləsiz iş yalnız bu günü yox, sabahı da oğurlayır. Bu gün susulan hüquqsuzluq, sabah pensiya dəftərində ağ səhifəyə çevrilir. Və o ağ səhifə insanın illərini səssizcə silir.
Bəzən bu insanlar illər sonra anlayır ki, məsələ təkcə maaşda yox, hüquqda imiş. Xəstələnəndə arxasında duran sistem yoxdur, işdən çıxarılanda haqqını soruşacaq ünvan tapılmır, pensiya vaxtı gələndə isə “təcrübəniz çatmır” cümləsi ilə üz-üzə qalır. Bu cümlə bir kağız parçasından çox-çox ağırdır , insanın bütün zəhmətini, gəncliyini, səbrini bir anda silib atır.
Ən acınacaqlısı isə odur ki, bu yükün böyük hissəsi işçinin üzərində qalır. Halbuki məsuliyyət daşımalı olan işəgötürənlər illərlə bu boşluqdan faydalanıb. Sonda cəmiyyətin görünməyən təbəqəsi formalaşır, işləyən, amma sistemdə izi olmayan insanlar. Onların təcrübəsi yox, amma yorğun əlləri, ağ saçları və susdurulmuş hekayələri var.
Bu sual hələ də havadadır:Əmək müqaviləsi olmayan iş , doğrudanmı heç vaxt sayılmamalıdır?
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB