“Uşaqlar və yeniyetmələr arasında aqressivliyin və zorakılığın artması narahatlıq doğurur”

“Uşaqlar və yeniyetmələr arasında aqressivliyin və zorakılığın artması narahatlıq doğurur”

Bu gün dünyada gedən proseslərə nəzər saldıqda, belə halların təkcə ölkəmizdə deyil, digər ölkələrdə də baş verdiyini görürük. Xüsusilə uşaqlar arasında aqressivliyin və zorakılığın artması getdikcə daha ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib.

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu problemin kökündə, ilk növbədə, ailələrin rolunun zəifləməsi və valideyn nəzarətinin azalması dayanır:

"Eyni zamanda, ağıllı telefonların və sosial şəbəkələrin təsirini də xüsusi qeyd etmək lazımdır. Bu amillər uşaqların inkişafına və davranışlarına ciddi təsir göstərir. Biz bu istiqamətdə müəyyən addımlar atmalıyıq. İlk növbədə, uşaqların ağıllı telefonlardan istifadəsi minimuma endirilməli, onların onlayn oyunlara həddindən artıq marağının qarşısı alınmalıdır. Bu sahədə Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır.

Digər mühüm məsələ isə ailələrdə valideyn nəzarətinin gücləndirilməsidir. Valideynlər övladlarının təhsilinə xüsusi diqqət ayırmalı, onlara dəstək göstərməli və inkişaflarını yaxından izləməlidirlər. Bu baxımdan valideynlərin üzərinə böyük məsuliyyət düşür və onlar bu istiqamətdə daha fəal çalışmalıdırlar".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə