İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 16.21-də qeydə alınıb. Mərkəzi 10 kilometr dərinlikdə yerləş zəlzələnin episentri Laivui (Şimali Maluku əyaləti) kəndindən 108 kilometr şimal-şərqdə yerləşib. Hələ ki, tələfat və dağıntılar barədə məlumat verilməyib. Qeyd edək ki, İndoneziya da Sakit okean halqası adlanan hissəyə aiddir. Hər il seysmoloqlar burada 4 bal gücündən yuxarı 6-7 min zəlzələ qeydə alır.

Bütün xəbərlər Facebook səhifəmizdə