Fransada yanğın 22 nəfər xəsarət alıb

Fransanın Sen-Sən Döni departamentinin Obervilye kommunasında yaşayış binasında yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. “Lefigaro.fr” saytı xəbər verir ki, yanğın nəticəsində 7-si ağır olmaqla 22 nəfər xəsarət alıb.

Onlardan 10 nəfəri binadakı insanların təxliyə etməyə gəlmiş polis əməkdaşlarıdır. Xəsarət alanlardan 5-i uşaqdır, bir qadının vəziyyəti isə daha ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə