“Real” mövsümü məğlubiyyətlə bitirdi

Bu gün İspaniya La Liqasında mövsümün sonuncu - 38-ci turunun son oyunları keçirilir.

SİA-nın məlumatına görə, az əvvəl başa çatmış görüşdə "Real" öz meydanında "Betis"i qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Real”ın qapısından qolları 61-ci dəqiqədə Moron və 75-ci dəqiqədə Xese keçiriblər.

Bu məğlubiyyətdən sonra 68 xalda qalan "Real" mövsümü 3-cü pillədə başa vurub. Xallarını 50-yə çatdıran "Betis" isə çempionatı 10-cı sırada tamamlayıb.

İspaniya çempionatında 2018-2019 mövsümünə bu gün keçiriləcək "Eybar" - "Barselona" oyunu ilə yekun vurulacaq. Matç Bakı vaxtı ilə 18:15-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə