Nikola Yurçeviç Azərbaycan millisinin baş məşqçisi oldu!

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Bu barədə AFFA-nın saytında məlumat yer alıb. AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirlimiş iclasda qəbul olunan qərara əsasən Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

Milan Obradoviç – Azərbaycan U-2, Samir Əliyev – Azərbaycan U-19, Miloş Velebit – Azərbaycan U-15, U-16 yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunub.

Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...