"Real" "Ayaks"ın futbolçusunu transfer edə bilər

"Ajaks"ın yarımmüdafiəçisi Frenki de Yonq qışda klubunu dəyişə bilər. SİA-nın məlumatına görə, 21 yaşlı futbolçu "Real"ın transfer siyahısına düşüb. “Kral klubu” hesab edir ki, de Yonq karyerasının son illərini yaşayan Luka Modriçi əvəzləyə bilər. Yarımmüdafiəçi uğrunda "Barselona" və "Mançester Siti"nin də rəqabət apardığı deyilir. "Real"ın şansı daha çoxdur. Yayda bahalı transferlərdən qaçan klubun qışda lazımi qədər vəsait xərcləmək imkanı var. De Yonq bu mövsüm "Ayaks"ın heyətində 10 oyun keçirib, 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə