Bu gün “Shamkir Chess 2018”-də IV turun görüşləri keçiriləcək

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. SİA-nın verdiyi məlumata görə, bu gün turnirdə IV turun görüşləri keçiriləcək.

Əvvəlki üç turunda bütün görüşləri heç-heçə bitən turnirdə ilk qələbə qazananlar liderliyə yüksələcək. Azərbaycan şahmatçılarından ən çətin sınaq Teymur Rəcəbovu gözləyir. O, dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Təmsilçimiz ağ fiqurlarla oynayacaq.

Bolqarıstanlı Veselin Topalov isə Şəhriyar Məmmədyarovun rəqibi olacaq. Qrossmeysterimiz qaralarla mübarizə aparacaq.

Ağ fiqurlarla oynayacaq Rauf Məmmədovu nisbətən asan rəqib gözləyir. O, polşalı Radoslav Voytaşek üz-üzə gələcək.

“Shamkir Chess 2018”

IV tur

22 aprel

Teymur Rəcəbov (Azərbaycan, 2748) - Maqnus Karlsen (Norveç, 2843)

Rauf Məmmədov (Azərbaycan, 2704) – Radoslav Voytaşek (Polşa, 2744)

Sergey Karyakin (Rusiya, 2778) - David Navara (Çexiya, 2745)

Veselin Topalov (Bolqarıstan, 2749) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814)

Aniş Giri (Hollandiya, 2777) – Dinq Liren (Çin, 2778)

Turnir cədvəli: Karlsen, Məmmədyarov, Dinq, Karyakin, Giri, Topalov, Rəcəbov, Navara, Voytajek, Məmmədov – hamısı 1,5 xal.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarış 9 turdan ibarət olacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə