Ceyhun Sultanov "Neftçi"nin üzvlərinə təqdim olunub - FOTOLAR

“Neftçi” PFK Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı “Zirə” klubu ilə oyunun hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, "ağ-qaralar" bu gün İsmət Qayıbov adına bazada məşq edib. Yağışlı hava şəraitində keçən məşqin əvvəlində klubun yeni idman direktoru Ceyhun Sultanov komandaya təqdim olunub. Sonda "Neftçi" PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və idman direktoru Ceyhun Sultanov jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, fevralın 24-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Zirə” oyunu saat 18:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə