“Real” “Emereyts”lə müqavilənin müddətini uzadıb

“Real” forma sponsoru olan “Emereyts”lə müqavilənin müddətini uzadıb. SİA-nın məlumatına görə, əvvəlki anlaşmanın başa çatmasına 1 il qalmış yeni müqavilə 2021/22 mövsümünün sonuna qədər artırılıb.

Buna görə madridlilər ildə 75 milyon avro qazanacaq. Bu isə rekorddur. “Real”a kimi forma sponsor üzrə ən çox gəlir əldə edən klub “Şevrolet”lə illik 62 milyon avroya razılaşan “Mançester Yunayted” idi.

Qeyd edək ki, “Real” 2013-cü ildən “Emereyts” yazılan formalarla meydana çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə