YAP-27 – Qobustanda bu münasibətlə ağaclar əkilib FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illik yubileyi münasibətilə Cəngi kənd ərazisində 0,5 ha sahədə 1000 ədəd badam tingi, küknar tingləri şam ağacları əkilub. Təşkilatdan SİA-ya daxil olan məlumata görə, bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi , biomüxtəlifliyin qorunması istiqamətində çox saylı tədbirlər və layihələr həyata keçirilir.

Dövlət başçısı cənab Prezidentimiz İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Qobustan rayonunda da uğurla həyata keçirilir. Ağacəkmə kampaniyasında YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gulaliyev, təşkilatın əməkdaşları Qobustan rayon ərazi ilk partiya təşkilatlarının üzvləri, Yeni Azərbaycan Partiyasının fəalları ,gənclər, iştirak edirdi.

Qeyd edək ki, Qobustan rayonunda ağacəkmə kampaniyası tədbirlər planına uyğun olaraq davam etdiriləcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...