Ərindən ayrıldığı deyilən Sevdadan cavab: "Qələt edib....." AÇIQLAMA

Müğənni Sevda Sanəliyevanın ikinci həyat yoldaşı Cəmil bəydən ayrılma xəbərləri yayılıb. SİA məsələ ilə bağlı, S.Sanəliyeva ilə əlaqə saxlayıb. Əməkdaşımıza açıqlama verən ifaçı haqqında gəzən söz-söhbətə belə cavab verib: "Ümumiyyətlə sentyabr ayına kimi heç bir sayıta açıqlama verməyəcəm. Şəxsi həyatım haqda da heç danışmaq istəmirəm. Həyat yoldaşımdan ayrılma xəbəri gülməlidir. Ayrıldığım haqda kim nə danışsa da mənə maraqlı deyil. Mətbuat işçiləri nə istəyir onu da yazsın. Mən bundan sonra qələt edib, jurnalistlərə açıqlama verərəm".

Nəzərinizə çatdıraq ki, sənətçi sosial media hesabında həyat yoldaşı ilə olan bütün şəkillərini silib. Bir neçə gündür o, İnstaqramdakı qəmli paylaşımları ilə diqqət çəkir. Bu da ifaçının ayrılma xəbərinin daha çox yayılmasına səbəb olub.

Sanəliyev bir neçə gün əvvəl paylaşdığı fotolarından birinin şərh hissəsinə isə bu sözləri yazmışdı: "Heç kimə əzabınızı göstərməyin. Çünki odunuza kimin odun atacağını tapa bilməzsiniz".

Qeyd edək ki, bu, Sevdanın ikinci nikahıdır. Sənətçi birinci həyat yoldaşı ilə cəmi 2 ay evli qalıb. Daha sonra isə Cəmil bəylə ailə qurub. Onun bir oğul, bir qız övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...