ABŞ kəşfiyyatının rəhbərinin İsrailə səfər edəcəyi gözlənilir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns çərşənbə günü (8 may – Qeyd) Baş nazir Benyamin Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə səfər edəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Berns digər yüksək vəzifəli rəsmilərlə də danışıqlar aparmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə