"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

İngiltərənin "Çelsi" komandasında mövsümün ən yaxşı futbolçusu bəlli olub. SİA London klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada səsvermə nəticəsində Kol Palmer layiq görülüb.

Qeyd edək ki, K. Palmer bu mövsüm "Çelsi"nin heyətində 45 matçda 26 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə