Qobustanda avtomobil aşıb, xəsarət alan var

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə 1982-ci il təvəllüdlü Kərimova Elnarə İsfəndiyar qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisəsi təfərrüatı polis əməkdaşları araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə