Təhmasib Novruzov: “Xalq müxalifəti rədd edir” RƏY-ÖZƏL

“Ölkədə ictimai-siyasi vəziyyətin, durumun gözlənilməsi, stabilliyin qorunması baxımından indiki şəraitdə hansısa kütləvi aksiyanın keçirilməsi ümumiyyətlə, məqsədə uyğun deyil”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, xüsusilə belə bir vəziyyətdə ki, Azərbaycan iqtidarının təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirilir: “Milli və taleyüklü məsələlərdə birgə fəaliyyət üçün razılaşmalara şərait yaradılır. Belə bir vəziyyətdə mitinq nə üçün lazımdır? Demək olar ki, adları çəkilən şəxslərə ölkəmizin inkişafı deyil, ölkəmizdə nə isə bir xoşagəlməz bir vəziyyətin yaradılması maraqlıdır. Xaricdəki ağalarının verdiyi maliyyəni ört-basdır etmək üçün hesabat xatirinə hansısa aksiya keçirtmək və Azərbaycanda vəziyyəti gərginləşdirmək maraqları var. Ümumiyyətlə, sözügedən müxalifət partiya sədrləri və digərləri anormal əməlləri ilə heç zaman cəmiyyətdə özlərinə siyasi divident qazana bilməyəcəklər. Çünki ilk öncə adları çəkilən bu qüvvələrin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Uzun illərdir ki, müxalifət düşərgəsini təmsil edən şəxslərin keçirdikləri bütün mitinqlər uğursuzluğa düçar olub və bundan sonrada olacaqdır. Çünki xalq müxalifəti istəmir və keçirdikləri mitinqləri də dəstəkləmir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...