Teyyub Qənioğlu: “Emin Millinin hədəfə alınması məqsədli xarakter daşıyır ” RƏY-ÖZƏL

“İdarəetmədə belə bir anlayış var, düzgün idarəetmə qərarı qəbul etmək üçün sənin obyektiv informasiyan olmalıdır”. Bunu SİA-ya açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib. Onun sözlərinə görə, bir informasiyanı alırsan və səhv qərar verirsən, sonradan başa düşəndə ki, informasiyan səhv olub: “Sənin qəbul etdiyin qərara görə, hər hansı bir xəta baş veribsə ondan üzr istəmək lazımdır. Yəni E.Milli malik olduğu informasiyalara görə, bu və ya digər məlum fəaliyyətini həyata keçirib, sonradan başa düşüb ki, bunun mövqeyin də səhvlər var, yəni aldığı informasiya reallığa uyğun deyil və bu baxımdan səhvini etiraf edib. Yəni Emin Millinin etdiyi səhvlərinə görə, Prezident İlham Əliyevdən üzr istəməsini qəbul olunan bir haldır. İnsan öz səhvini etiraf etməsinə görə, onun qınanması düzgün deyil. Hər kəsin öz fikri var, hansısa bir qərar qəbul edəndə nəyəsə əsaslanır, həmin qərarın səhv olduğunu başa düşəndə qərarını düzəltməyə çalışır. Bundan narahatlıq keçirib, o səhvini etiraf edən şəxsi hədəfə almaq yanlış addımdır. Təbii ki, burunla başqalarının bu cür hərəkət etməkdən çəkindirmək məqsədi daşıyır. E.Millinin hədəfə alınması ilə başqalarına mesaj vermək ki, iqtidara etdiyin tənqidə görə, üzr istəyəcəksənsə səni də E.Millinin gününə salacağıq. Yəni burda təkcə bu istək ola bilər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...