Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov 17 yanvar 2019-cu il tarixdə saat 10:00-da Hacıqabul rayonunda Şirvan, Kürdəmir, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Neftçala şəhər və rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Xidmətdən SİA-ya verilən xəbərə görə, qəbula yazılmaq istəyən vətəndaşların 15 yanvar 2019-cu il il tarixədək SHXÇDX -nin adları qeyd olunan şəhər, rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə