Bənzər xəyanətlər-bənzər sifətlər

Gültəkin Hacıbəyli ilə Rüstəm İbrahimbəyovun erməni sevgisi

Qoca kinorejissor Rüstəm İbrahimbəyovun ermənilərlə əlaqələri haqqında dəfələrlə yazmışıq. Hətta R.İbrahimbəyovun ermənilərlə ünsiyyəti, fəaliyyəti və onlara olan məhəbbəti haqqında reallıq artıq hər kəsə bəllidir. Bu gün isə erməni maraqlarının ifadəçisi olan R.İbrahimbəyova dəstək olan xəyanətkar "Milli Şura"nın "primadonnası" Gültəkin Hacıbəyli də erməniyə olan sevgisini nümayiş etdirməkdə məqsədi Azərbaycanın beynəlxalq arenadakı yüksək mövqeyinə, yerinə və roluna kölgə salmaqdır. O da sirr deyil ki, istər "Milli Şura", istər AXCP, istərsə də R.İbrahimbəyov və bu sıraya daxil olan G.Hacıbəyli xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik etməklə, maliyyə vəsaiti əldə etməyə çalışırlar.

İstər R.İbrahimbəyovun, istərsə də G.Hacıbəylinin fəaliyyətlərinin "pərdəarxası oyunlar"ı üzə çıxdıqca, onun ermənilərə sevgisi də özünü göstərir. Bu isə, təbii ki, torpağında boy atdıqları vətəninə xəyanətdən savayı bir şey deyil!

Bənzər xəyanətin, bənzər züy tutanı

Bənzər xəyanətin bənzər züy tutanı G.Hacıbəyli də R.İbrahimbəyov kimi ermənilərə yarınmaqla ermənilərin müdafiəsinə qalxmaqla təcavüzkar Ermənistanı müdafiə etmələri nəinki xəyanətkarlıq, deyərdim ki, ən bağışlanılmaz cinayətdir. R.İbrahimbəyovun Azərbaycan dövlətinin və xalqının üzləşdiyi faciələr silsiləsindən xəbəri yoxdur. Bəlkə ona xatırlatmaq lazımdır ki, ermənilər Xocalını, Qaradağlını, Bağanis Ayrımı, Kərkicahanı, Ağdabanı yerlə yeksan ediblər.

Əslində, onların anti-Azərbaycan tədliğatlarında təəccüblü bir şey yoxdur. Çünki öz ambisiyalarının və şəxsi maraqlarının girovuna çevrilmiş, öz mövqeyi ilə anti-Azərbaycan dairələrin dağıdıcı fikir və planlarını dəstəkləyən belələrindən başqa mövqe gözləmək düzgün deyil. Daha dəqiq desək, balayanların, avanesovların, yəni, ermənilərin yaxın dostunun Azərbaycan xalqına münasibəti yalnız bu cür ola bilər. Guya R.İbrahimbəyov bilmirdi ki, 1987-ci ildən başlayaraq erməni dostları bağırır ki, "Qarabağ Ermənistana birləşdirilməlidir!"?

Bu da reallıqdır ki, əgər İbrahimbəyovla Hacıbəyli istədikləri hər şeyi alsaydılar, bu gün çıxıb mətbuat səhifələrinə tökdükləri bütün zəhər-ağu və yalan-palan elə içlərində qalıb öz ruhlarını yandıracaqdı. Lakin baş verənlərin öz məntiqi var: seçkiqabağı vəziyyət hər şeyin üzə çıxması üçün sadəcə katalizator rolunu oynadı və əlverişli məqama çevrildi. Yaxşı, bəs İbrahimbəyovla Hacıbəylini radikallaşaraq ittihamçı tərəfə çevrilməyə məcbur edən motiv və amillər hansılardır? Onları buna nə vadar etdi? Hər ikisi özlərinin çoxsaylı müsahibələrində eyni sözləri dayanmadan təkrarlayırlar: "Biz vətənpərvər insanlarıq, biz öz vətənimizi sevirik...".

Bütün arqumentləri qurtaran adamlar sadəcə yalan danışmağa, özlərini şəxsi ambisiyaları barədə yox, yalnız xalq, onun rifahı barədə düşünən millət xilaskarı kimi göstərməyə başlayırlar. Son illərin siyasi burulğanları zamanı yüzlərlə belə adam görmüşük: G.Hacıbəyli, R.İbrahimbəyov...

Hacıbəylinin çıxışlarında belə özünəvurğunluq elementləri var. Əgər Hacıbəyliyə elə gəlirsə ki, özünə verdiyi qeyri-adekvat qiyməti "peşəkarcasına" şişirdə bilib, möhkəm yanılır.

Göründüyü kimi, sadaladığımız faktlara əsaslanaraq deyə bilərik ki, nə R.İbrahimbəyovun, nə də G.Hacıbəylinin heç vaxt ədalətdən danışmağa mənəvi haqqı yoxdur. Nə Azərbaycan barədə, nə də adicə insanlıq ətrafında. Çünki hər ikisinin atdığı iyrənc, mənfur addımların hər biri xəyanətkarlıq, milli satqınçılıq olmaqla yanaşı, həm də qeyri-insanidir. Bu səbəbdən, belələrinin yeri cəmiyyət arasında ola bilməz!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...