Vüqar Seyidov: “Azərbaycan xalqının və dövlətinin birliyi mənfur cəhdlərin qarşısını almağa nail oldu”

"Son günlər ölkəmizdə ard-arda qeyd olunan əlamətdar günlər Azərbaycanın inkişafını gözü götürməyən radikal qüvvələr tərəfindən bir mənalı qarşılanmadı. Cümhuriyyətinin 100 illiyinin bayram edilməsi, qürurverici Aprel döyüşlərindən sonra Naxçıvanda Günnüt əməliyyatı nəticəsində düşməndən torpaqlarımızın azad edilməsi, Şanlı Ordumuzun 100 illiyi ilə bağlı keçirilən möhtəşəm parad, ölkə iqtisadiyyatının uğurlu inkişafı, qeyri-neft sektorunun tərəqqisi, bütün bölgələrdə aparılan abadılıq-quruculuq işləri xaricdən idarə olunan qüvvələrin çirkin müdaxiləsinə məruz qaldı". Bunu SİA-ya açıqlamasında Yeni zərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.

V.Seyidov bildirib ki, dini radikal qruplara aid cinayətkar-terrorçu qüvvələrin Gəncədə həyata keçirtmək istədikləri iğtişaş və itaətsizliyin qarşısı ictimai-asayiş keşikçiləri tərəfindən qəhrəmanlıqla alındı: "İki yüksək rütbəli polis zabitinin cinayətkarlara müqavimət göstərərkən qəhrəmancasına şəhid olması bu cinayətkar, əliqanlı qüvvələrin məkirli niyyətini bir daha sübut etdi.

Lakin, bir faktı unutmaq olmaz ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sabit ictimai-siyasi mühit Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində daha da möhkəmləndirilib. Ölkəmizdə iğtişaşlar törətməyə can atan qüvvələr unudullar ki, bu gün Azərbaycan dövləti çox güclüdür, bütün təxribatların qarşısını birmənalı almağa qadirdir.

Bir daha qeyd etmək istərdim ki, Gəncədə baş verən son hadisələr zamanı pozucu anti-Azərbaycançı qüvvələr xalqın onları deyil, iqtidarı dəstəklədiklərinin şahidi oldular. Dərk etdilər ki, bu ölkənin polisi xalqın təhlükəsizliyi və dövlətin müstəqilliyi uğrunda canından keçməyə, şəhid olmağa hazırdır.

Gəncədə törədilən iğtişaş zamanı həlak olan polis zabitlərinə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Qəbirləri nurla dolsun!".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...