“Azərbaycan ordusu Paşinyana mesaj yollamalıdır” MÖVQE

“Naxçıvan istqamətində uzun müddət şəhid verməmişdik. Azərbaycan Prezidenti Naxçıvana səfər edərək Ermənistanın ünvanına xəbərdaredici açıqlama verib geri qayıtdıqdan sonra Naxçıvanda şəhid verdik. Bu təsadüfi deyil. Görünür, cənab İlham Əliyevin Naxçıvandakı açıqlamasına bu şəkildə “reaksiya” verdilər. Özü də bu o zaman baş verdi ki, İlham Əliyevdən sonra Ermənistanın güc nazirləri Naxçıvanla sərhəddə baxış həyata keçirdilər. Demək təxribatı əvvəlcədən planlaşdırıblar”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk "mesaj" idi: “Doğrudur, cavabını dərhal aldılar, ancaq bu cavab birə-bir olmamalıdır, vaxtilə müdafiə naziri Zakir Həsənovun dediyi kimi bir şəhidimizin qarşılığında onlarla düşmən hərbçisi neytrallaşdırılmalıdır. Növbə bizimdir. Bu dəfə Azərbaycan ordusu cəbhə bölgəsindən Nikol Paşinyana mesaj yollamalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...