Deputat: “Ermənistan illərdir Rusiyanın "damı"nın altındadir” MÜNASİBƏT

“Təəssüflər olsun ki, indi az sayda insan Ermənistan dövlətinin yaradılmasında fəal iştirak edənin Rusiya olduğunu xatırlayır”. SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, Rusiyanın "Ejednevnaya qazeta" (eg.ru) adlı qəzetində də bu barədə geniş məqalə dərc olunub.

Millət vəkilinin sözlərinə görə, Rusiya mətbuatı zaman-zaman bu faktları yenidən tirajlamaqla ermənilərin haradan gəldiklərini onların yadına salır: ""Ejednevnaya qazeta" yazır ki, XIX əsrin əvvəllərində onlar Sankt-Peterburqda farslardan geri qaytarılmış torpaqlarda, Zaqafqaziyada xristian əhalisi üçün kompakt şəkildə yaşaya biləcəyi ərazi təşkil etmək qərarına gəldilər. Sonra bu torpaqlar Osmanlı İmperatorluğundan olan qaçqınları mehriban səkildə qəbul etdi. Hətta XIX əsrin sonlarında, Yerevandakı əhalinin təxminən yarısı müsəlman idi. Yalnız qaçqınların köçürülməsi ilə İrəvan əyalətində ermənilərin gəlişi hiss olundu. İnqilabdan sonra bu ərazi Ermənistan SSR-ə çevrildi və demək olar ki, tamamilə Moskvanın səyi nəticəsində tarixə düşdü. İttifaqın dağılması nəticəsində Ermənistan müstəqil ölkə statusu qazandı. Lakin ermənilər məskunlaşdırıldığı bu yerlərdə illərcə Rusiyanın hərbi və iqtisadi "damı"nın altında idilər. Düşmənlər Rusiyanı sanksiyalar və hərbi bazalar ilə mühasirəyə aldığı zaman, "müttəfiqlər" bütün xisləti ilə özlərini göstərdilər. İrəvanın əksər hissələrində onlar "Rusiya - rədd ol" plakatları ilə gəzirdilər. Onlar başa düşmürlər ki, hazırkı dünya ssenarisi ilə Rusiya Federasiyası ilə qarşıdurmaya getmək İrəvan üçün ölüm kimidir.

Ermənistan onun əbədi düşmənləri - Türkiyə və Azərbaycanın çəkici, zindanı arasındadır. Rusiya bu bölgədən geri çəkilsə Ermənistan yer üzündən silinməyəcək. Çünki Qərb buna icazə verməyəcək. Lakin Dağlıq Qarabağ ərazisini itirəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...