Şimali Koreya qəzeti Donald Trampı Hitler ilə müqayisə etdi

Şimali Koreya ABŞ Prezidenti Donald Trampı Adolf Hitler ilə müqayisə edərək onun “Əvvəl Amerika” siyasətini tənqid edib. Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi qəzetində məqalə dərc olunub. Yazıda bildirilib ki, Trampın hərbi vasitələrlə dünya hakimiyyətini hədəfə alması, Hitlerin dünyanı işğal etmə cəhdinə bənzəyir:

“Trampın düşüncə tərzinə görə bütün dünya yalnız amerikalıların yaxşı yaşaması üçün fəda oluna bilər, prezident bu məsələdə öz müttəfiqlərini də sata bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə