Suraxanı rayonunda tibbi müayinə uğurla aparılır FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Suraxanı rayonunda da uğurla icra olunur. Aksiya rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada həyata keçirilir.

Suraxanıda 216 min 280 nəfər sakinin və rayonda məskunlaşan 20 min 247 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində müayinə olunur. İndiyədək rayon üzrə 72 minə yaxın vətəndaş və 90-dan çox müəssisənin kollektivi tibbi müayinədən keçib, 2491 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb, 63 nəfər stasionar müalicəyə cəlb edilib, 147 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi bildirib ki, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələri yerinə yetirmək üçün poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilmişdir. Uşaqların tibbi müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Onlar əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Müəssisə 18935 uşağa xidmət edir. Xəstəxananın poliklinika şöbəsinə gələn uşaqlar ümumi və biokimyəvi, rentgen, kardioqram, ulturasəs və digər müayinələrdən keçirlər. 28 mart 2017-ci il tarixədək 3142 nəfər uşaq tibbi müayinədən keçib. Bunlardan 15 nəfəri rentgen, 19 nəfəri USM aparatından 95 nəfəri laboratoriya və 53 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən uşaqların 161 nəfərərində xəstəlik aşkar olunub, 3 nəfəri stasinar müalicəyə götürülüb və 28 nəfər Bakı şəhərinin müxtəlif xəstəxanalarına müayinə üşün göndərilib. Xəstəlik aşkar edilən uşaqların müalicəsi istiqamətində işlər görülür. Eyni zamanda, poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən uşaqlara evlərində tibbi xidmət göstərirlər.

Əmircan qəsəbəsiində yaşayan valideyn Həsənova Gülər 8 nömrəli BUX-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək vurğulayıb ki, 15 fevraldan başlayan bu aksiya bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşını sağlam, gümrah görmək istəyir.

Əmircan qəsəbəsində yaşayan ana Əliyeva Aytən övladlarının bütün müayinələrdən keçdiyi üçün razılığını bildirib:"Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk".

Müayinədən keçən insanlar onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edərək, belə aksiyaların davamlı olmasını arzulayırlar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə