Məcburi köçkünün idarə etdiyi avtomobillə qəza törətməsi nəticəsində iki nəfər dünyasını dəyişib

Biləsuvar rayonunda yerləşən Cəbrayıl köçkün qəsəbə sakini, 1973-cü il təvəllüdlü Allahverdiyev Qərib Məmməd oğlunun idarə etdiyi "Xəzər" markalı 14 BF 094 dövlət nömrə nişanlı minik avtomobilinin idarəetmədən çıxaraq qəza törətməsi nəticəsində iki nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan sərnişinlər İmişli sakini, Mirqaim Tağıyev və sürcünün həyat yoldaşı, Cəbrayıl sakini, 1977-ci il təvəllüdlü Quliyeva Sahibə Vaqif qızı hadisə yerində ölüblər. Sürcü yüngül xəsarət alıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...