İmişlidə 8 yaşlı uşağı ilan sancıb

İmişli rayonunda 8 yaşlı uşağı ilan sancıb. “Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Səma Əlizadə yaşadığı evin həyətindəki ayaqyoluna gedərkən qəflətən ilan onun ayaq nahiyəsindən sancıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə