OPEK neft hasilatını azaltmaqla bağlı razılıq əldə etməyib

OPEK-ə üzv ölkələrin toplantısından sonra neft hasilatını azaltmaq üçün heç bir razılıq əldə olunmayıb. SİA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının enerji naziri Xəlif Əl-Falih jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, neft hasilatının azaldılmasına dair razılıq əldə olunacağı ilə bağlı dəqiq heç nə söyləmək mümkün deyil: "Çünki,Rusiyanın neft hasilatının azaldılması ilə bağlı razılığa gələ bilməyəcəyi hələ məlum deyil".

Falih bildirib ki, neft hasilatının sutkada təxminən 1 milyon barel azaldılması məsələsi hər zaman olduğu kimi bu dəfəki müzakirələrdə də əsas ssenarini təşkil edir. O qeyd edib ki, hazırda blokun bütün iştirakçılarından razılıq əldə edilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə