Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev mayın 7-də ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB