Azərbaycanda dollara tələb 2 %-dən çox artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 75,1 milyon ABŞ dolları satılıb. Bu barədə SİA-ya AMB-dən məlumat verilib.

Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 75,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

Bu, daha öncə mayın 2-də keçirilən hərracda olan tələbatla müqayisədə 1,6 milyon ABŞ dollar və ya 2,2 % çoxdur.

Xatırladaq ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərçənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə