Dəniz yolu ilə daşınan yüklərin həcmi artıb

2018-ci ilin yanvar-avqust aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5 milyon 559,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,3 faiz artıb. Yüklərin 54,1 faizini neft məhsulları təşkil edib.
SİA xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, dəniz limanlarında 6 milyon 508,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 milyon 164,0 min tonunu və ya 94,7 faizini tranzit mallar təşkil edib. Cari il sentyabrın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 153,6 min ton olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...