Milli Məclis hesabatı təsdiqlədi

Milli Məclis Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təsdiqləyib. SİA-nın xəbərinə görə, hesabata əsasən, son beş ildə Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə ümumilikdə 53,6 mln. manat, o cümlədən 51,7 mln. manat dövlət büdcəsinə, 1,9 mln. manat isə DSMF-nin büdcəsinə bərpa edilib.

Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib. Hesabat dövründə qurumlar tərəfindən 42 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib. Hesabat ilində aparılmış tədbirlərin nəticələrinə əsaslanaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...