Avropadakı anti-milli satqınlar məhkəmə qarşısına çıxarılacaq

Parisin 7-ci Döngə Prokurorluğu Vidadi İsgəndərlinin, Amsterdamın polis birliyi isə Orduxan Teymurxanın vətəndaşlıqdan məhrum edilmələri ilə bağlı məhkəməyə mürarciət etməyə hazırlaşırlar

Mövcud faktlar və reallıqlar ondan ibarətdir ki, Azərbaycan cəmiyyətinin dağıdıcı müxalifətə və xaricdəki "söyüş qrupu"na dərin nifrəti var. Amma buna baxmayaraq, alınlarına satqın və xəyanətkar emblemi yapışdırılan ünsürlər ictimaiyyətin mənfi münasibətindən nəticə çıxarmırlar. Yəni öz amplualarından əl çəkmirlər. Yenə də sərsəm, anormal fikirlərini yaymaqda davam edirlər. Hər dəfə də, müxalif ünsürlərin yayadıqları şər və böhtan xarakterli məlumatlara dərhal xaricdəki qüvvələr reaksiya verir, hay-küylü bəyanatlar və hesabatlar yayırlar. Buna misal kimi, "Freedom House", "Soros" və bu kimi digər qərəzli məkr yuvalarını göstərmək olar. Əməkdaşlıq tələblərinə uyğun olaraq, xaricdəki "söyüş qrupu"nun üzvləri qərəzli təşkilatların və dağıdıcı müxalifətin ölkəmiz və xalqımız əleyhinə yönələn açıqlamalarına, eləcə də, şər və böhtan xarakterli hesabatlarına dəstək nümayiş etdirirlər. Hətta Orduxan Teymurxan, Tural Sadıqlı, Qurban Məmmədov, Vidadi İsgəndərli və bu kimi erməni qazanının dibini yalayanlar dövlətimizin atributlarına, simvollarına qarşı söyüş və təhqir ritorikasından istifadə edirlər. Bütün bunlar təsdiq edir ki, bu şəxslərin aqressivləşimələri, söyüş ritorikasından yararlanmaları eyni mərkəz tərəfindən koordinasiya olunur. Sistemli fəaliyyət göstərmələri və layihələrinin mətninin eyni məzmunlu olması onların eyni şəbəkənin məxluqları olduqlarını göstərir. Təbii ki, qarşılığında onlar xaricdəki məkrli dairələrdən maliyyə vəsaitləri alırlar. Ancaq bəzən pulun bölünməsi məsləsində bir-birinə güzəştə getmədiklərindən, it kimi boğuşurlar. Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasında gündəmə gələn qalmaqal buna misal ola bilər. Onlar qrantların düzgün bölünməməsi ilə bağlı bir-birini ittiham edir və bununla da, özləri haqda indiyə kimi cəmiyyətdə formalaşmış "satqınlar" fikrini təsdiq etmiş olurlar.

Satqın satqını satqınlıqda suçlayır!

M.Mirzəli T.Sadıqlını satqınlıqda ittiham edib: "Sənin qardaşın iki kilo heroinlə şərlənərək, azadlığa buraxılır və sonra da gəlir Almaniyaya. Sənin Bakıdakı fəaliyyətin barədə danışmağa başlasam, təmiz batarsan. Almaniyada etdiklərini isə saxlayıram ikinci yazıya". T.Sadıqlı isə, öz növbəsində, yazdığı statusunda M.Mirzəlini nankorluqda ittiham edib və ona təzyiq olan zaman, dəstək olduğunu bildirib. Bundan sonra, M.Mirzəlinin şikayəti əsasında "YouTube"də "Azad söz" səhifəsindən şikayət edilib və səhifə bağlanıb. ASDP-nin sədri, millət vəkili Araz Əlizadə "Səs" qəzetinə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə təhqiramiz ifadələrlə çıxış edən V.İsgəndərli, Q.Məmmədov, O.Teymirxan, Aslan İsmayılov və bu kimi digərərinə laşlar az verildiyi üçün mənəviyyatsız və əxlaqsız mövqelərini ortaya qoyublar: "Deyə bilərsiniz ki, laş nədir? İtə verilən sıyığa laş deyirlər. Vidadi İsgəndərli elə bilirdi ki, ömürü boyu prokurorluqda işləyib rüşvət alacaq, A.İsmayılov da elə eyni şeyi düşünürdü. Q.Məmmədov da elə bilirdi ki, böyük xidmətləri olub, ona yağlı əpbək verəcəklər. Yəni bunların hamısı pul davası aparırlar. Bir sözlə, bunları nə Azərbaycan xalqı, nə öz valideynləri, nə də ki, azərbaycanlı uşaqların gələcəyi kimi məsələlərin heç biri maraqlandırmır. "Siyasi mühacirlər"in ataları da, anaları da, arvadları da, uşağı da puldur. Bunlar pula görə hər şeyi satarlar. Əslində, onları ermənilərlə eyniləşdirmək erməniləri təhqir etmək deməkdir. Çünki onlar ermənidən də pisdirlər. Hər biri zəhərli dişləri çıxarılmış ilandırlar. Dişləyə bilməsələr də, hürmək qabiliyyətinə malikdirlər. Özünü "hüquqşünas" kimi təqdim etməyə çalışan A. İsmayılov çox hiyləgər insandır, əgər ona insan demək mümkünsə. O istəyir ki, onu həbs eləsinlər, bir az yatsın, azadlığa çıxsın və sonra da ona xaricdən desinlər ki, "malades sobaka" və sığınacaq versinlər, o da rədd olub getsin".

Orduxan Teymurxan və Məhəmməd Mirzəli ifşa olunurlar

Avropadakı "söyüş qrupu"nun üzvləri ifşa olunduqca, Azərbaycan vətəndaşları onların nə qədər yaramaz və simasız olduqlarını bir daha görür. Düzdür, "siyasi mühacirlər" üçün heç bir mənəvi dəyər yoxdur. Onlar üçün başlıca prinsip məskunlaşdıqları ölkələrdə yaşamaq izni almaq və dolanışıq üçün pul əldə etməkdir. Yəni Avropanın müəyyən qurumları da bu kimi tiplərin fəaliyyətini elə- belə dəstəkləmir. Avropalı "siyasi mühacirlər" ermənipərəst mənbələrdən, hətta erməni lobbisinin maliyyə yardımlarımdan da faydalanırlar. Ancaq onlar ifşa olunurlar. Əlbəttə ki, haqq öz yerini tapır. Xalqa hər şey məlum olur. Satqın mühacirlərin əməllərinə münasibət

bildirərkən, Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev bizimlə söhbətində bildirdi ki, öz ölkələrində, yəni Azərbaycanda yaşayarkən, 2 km-lik radiusdan çıxa bilməyənlər, təyyarəni televizorda görənlər indi Avropanın, dünyanın aşağı və yuxarı bitişim nöqtələrini su yolu etməzdilər: "Daha doğrusu, edə bilməzdilər. Demək, normal sponsorları var. Sadəcə öz ağıllarında olan sponsorlar. Ona görə tandem təşkil edə biliblər. Amma bir şeyi anlamırlar: Azərbaycandakı sabit durumu, inkişafı bu yolla sarsıtmaq mümkün olsaydı, bunu onlardan əvvəlki riyakarlar, zaman-zaman millətinə kənardan xor və kor baxanlar da bacarardı. Bacarmayıblarsa, demək, quldurxan kimilər də bacarmayacaq. Sponsorların pulları isə, bu dəfə də havaya sovrulacaq. Hər zaman olduğu kimi. Boşboğazlıq və tərbiyəsizlik indiyə qədər kimsəyə xeyir və başucalığı gətirməyib. Onların kişiliyi, mənliyi olsa, gəlib müxalifətçiliyi burda edərlər, hansısa

nabələd dalanlarda yox. Millət vəkili, onu da bildirib ki, xaricdəki "söyüş qrupu"nun ölkəmiz haqqında iddiaları absurddur: "Onların bütün leksikonu, nitqi, danışığı bir tək söyüşdən yoğrulmayıbmı? Əsas da öndə adını çəkdiyiniz Vidadi İsgəndərli və Orduxan Teymurxan sanki yemək əvəzinə zibil udur, zibil çeynəyir, zibil həzm edirlər. Belə olmasaydı, ağızlarını açan kimi üfunət qoxmazdı. Adamlar bütün dəyərlərini itiriblər. Onu da, nəzərə almırlar ki, paylaşdığımız videoya öz nəslimizdən olan xanımlar, gəlinlər, analar və bacılar da baxa bilər. Yox! Nəzərə almırlar. Çünki bütün dəyərlər itib. Daxillərində mənəvi xaos yaşanır. Bu səbəbdən, batdıqca batırlar".

Satqın və xəyanətkarın vətəni olmur

Avropada kök salan və "azrbaycanlı" adına iddia edən O.Teymurxan, V.İsgəndərli, Q.Məmmədov, M.Mirzəli, T.Sadıqlı və digərləri öz iyrənc fəaliyyətləri ilə şərəfsizlik simvoluna çevrilirlər. Artıq onlardan istifadə edən bəzi dairələrdə düşünmək məcburiyyətində qalıblar. Yəni xarici məkrli dairələr "siyasi mühacirlər"dən istifadənin onlara utanc gətirdiyini dərk etdiklərindən, mühacirlərdən imtina etmək məcburiyyətində qalıblar. Məhz buna görə də, başıboş O.Teymurxanla, dəli olduğu sübuta yetirilən V.İsgəndərlinin başları həlli mümükün olmayan dərdə düşüb. Belə ki, Amsterdam və Paris məhkəmələri onların vətəndaşlıqdan məhrum edilərək, üçüncü bir ölkəyə deportasiya olunması məsləsi ətrafında müzakirələr qurmağa hazırlaşır. Daha doğrusu,

artıq Parisin 7-ci Döngə Prokurorluğu V.İsgəndərlinin, Amsterdamın polis birliyi O.Teymurxanın vətəndaşlıqdan məhrum edilmələri ilə bağlı Məhkəməyə mürarciət üçün müvafiq sənədləri hazırlayırlar. Yəqin ki, yaxın vaxtlarda hər iki satqının məsələsinə baxılacaq. Əgər onların haqqında ədalətli qərar çıxarılaraq, vətəndaşlıqdan məhrum olunsalar, o zaman Azərbaycana deportasiya oluna bilərlər. Bu halda, satqınları hansı cəza gözlədiyini təsəvvür etmək çətin deyil.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə