Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-nin həmkarı Bin Zayed ilə keçirdiyi görüşlə bağlı sosial şəbəkədə açıqlama verib. SİA xəbər verir ki, nazirin mövzu ilə bağlı açıqlaması belədir: "Biz Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed ilə görüşdük. İkitərəfli əlaqələrimizi və regional hadisələri, xüsusən də Ukrayna ilə bağlı məsələləri müzakirə etdik. İqtisadiyyat, ticarət və enerji sahələrində əməkdaşlığımızı daha da inkişaf etdirəcək addımları qiymətləndirdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB