Rusiyalı səlahiyyətli persona non-qrata elan edilib

Rusiyalı səlahiyyətli persona non-qrata elan edilib

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi 2022-ci il oktyabrın 31-də Rusiya raketinin ölkə ərazisinə düşməsindən sonra Rusiya Federasiyasının Kişinyovdakı səfirliyinin nümayəndəsini persona non-qrata elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

Maraqlıdır ki, rusiyalı diplomatın vəzifəsi və kimliyi açıqlanmır. Onun Moldova ərazisini tərk etməyə məcbur edildiyi qeyd olunur.

Ölkənin Xarici İşlər Nazirliyi əlavə edib ki, belə bir qərar Rusiya səfiri Oleq Vasnetsova elan edilib.

O, Moldovanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı Rusiya səfirinə bildirilib ki, Ukraynaya raket hücumları təhlükəli riskləri gücləndirməkdə davam edir. Bundan əlavə, Moldova vətəndaşları müharibənin nəticələrini getdikcə daha çox hiss edirlər.

Nazirlik həmçinin əlavə edib ki, Ukraynanın enerji infrastrukturuna hücumlar təkcə Ukrayna üçün deyil, həm də Moldovanın enerji təhlükəsizliyi üçün təhlükə yaradır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə